İslam Ələsgər (Ələsgərov İslam Talıb oğlu; ) — filologiya elmləri namizədi, Ələsgərşünas alim.

Həyatı İslam Ələsgər 22 iyun 1925-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Diplom işi "Aşıq Ələsgər ədəbi irsinin öyrənilməsi" olmuşdur.

1941-ci ildən Basarkeçər rayonunun Zod kənd orta məktəbində 48 il müəllim, direktor işləmişdir. Doğma Ağkilsə kəndində dörd il kolxoz sədri də işləmişdir.

Göyçə aşıqlarının və şairlərinin şeirlərini toplamış, 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirmiş və haqqında məqalələr yazmışdır.

1973-cü ildə "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" adlı namizədlik dissertasiyası müdafiə etmişdir.

1997-ci ildə Azərbaycan Respublikası prezidenti cənab Heydər Əliyevin "Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən "Haqq aşığı Ələsgər" monoqrafiyasını yazmışdır.

6 oktyabr 2014-cü ildə Göygöl rayonunda vəfat etmiş və orada dəfn olunmuşdur.

Ailəsi İslam Ələsgər Aşıq Ələsgərin nəvəsi, Aşıq Talıbın oğludur. Müğənni Talıb Talenin isə babasıdır. İslam Ələsgərin 12 övladı var: Ələsgər, Pakizər, Firdovsi, Firuzə, Mehriban, Nailə, Füzuli, Şamama, Nizami, Heyran, Xətai, Nəsimi.

Əsərləri "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" (namizədlik dissertasiyası) Bakı-1971. "Ələsgər ocağı" Bakı. Yazıçı-1991. "Haqq aşığı Ələsgər" Bakı. Maarif-1999. 264 səh. şəkilli. 1500 tiraj. "Sazlı-sözlü Göyçə" Bakı, "Azərnəşr", 1999. (kiril əlifbası ilə) "Sazlı-sözlü Göyçə" / tərt. İ. Ələsgər ; red. Dilsuz. — Bakı : Çinar-Çap, 2002. — 184 s. — 700 tiraj. "Sazlı-sözlü Göyçə" (II kitab). Bakı, "Elm və təhsil", 2018, 368 səh.

Məqalələri Bir rəvayət haqqında. "Ədəbiyyat incəsənət" qəzeti. 17 iyun 1972-ci il. № 25 Aşığın yuxusu. "Ədəbiyyat" qəzeti. 5 iyun 1992-ci il. Belə də saxtakarlıq olarmı? "Respublika" qəzeti. 1 və 8 may 1996-cı il. Dəyirmançı aşıq. "Ədəbiyyat" qəzeti. 7 iyun 1996-cı il. Susa bilmədim. "Ədəbiyyat" qəzeti. 9 və 16 avqust 1996-cı il.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Filologiya üzrə fəlsəfə doktorları Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:Göygöl rayonunda dəfn olunanlar