Paşa Əfəndiyev — filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi.
Həyatı Paşa Şərif oğlu Əfəndiyev 1928-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. 1946-cı ildə orta məktəbi medalla bitirmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qırmızı diplomla bitirmişdir.
1954-cü ildə «Koroğlu» Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır» mövzusunda namizədlik dissertasiyasını, 1974-cü ildə «Azərbaycan folklorşünaslığının tarixi» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləmişdir.
Aşıq Molla Cümə yaradıcılığının ilk araşdırıcısı olmuşdur.
30-dan çox monoqrafiya və dərsliyin, 200-dən artıq elmi məqalənin müəllifidir.
14 folklorşünas, 11 elmlər namizədi, 4 elmlər doktoru, professor hazırlamışdır.
Kitabları “C.Cabbarlı və xalq yaradıcı-lığı”. Bakı, Yazıçı, 1985; “S.Vurğun və xalq yaradıcılığı”. Bakı, Yazıçı, 1992. Azərbaycan şifahi xalq ədəbiyyatı: Ali məktəb tələbələri üçün dərslik. Bakı, "Maarif", 1992. “Azərbaycan folklorşünaslığının tarixi”, 2006. Azərbaycan folklorşünaslığının problemləri V. Bakı, "Elm və təhsil", 2011. - 336 səh.
Ailəsi Atası Əfəndiyev Şərif Müslüm oğlu 45 ilin maarif xadimi, Əməkdar müəllim olub. Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və başqa medallarla təltif olunub.
İstinadlar
Kateqoriya:İlisuda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları