Robert Ceffri Edvards (; ) — britaniyalı fizioloq, Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı.

Robert Edvards fiziologiya və tibb üzrə 2010-cu il Nobel mükafatına ekstrakorporal mayalanma () kliniki praktikaya gətirən tədqiqatlarına görə layiq görüldü. İlk uğurlu süni mayalanma Patrik Kristofer Steptou və Robert Edvards tərəfindən Böyük Britaniyada həyata keçirilib. Onların köməyi ilə 1978-ci il iyulun 25-də Luiz Coy Braun () adlı qız dünyaya gəlib. O, bu sahə üzrə araşdırmalara 1960-cı illərdən başlayıb. 1968-ci ildə o, insanın toxum hüceyrəsini laboratoriya şəraitində mayalandıra bilib. Bir qədər sonra həmkarları ilə birlikdə yumurtaliqdan toxum hüceyrələrinin ayrılması texnologiyasını və süni mayalanmanın metodikasını təkmilləşdirib.

Edvardsın bu tədqiqatlarına münasibət fərqli idi. Xüsusilə də kilsə ekstrakorporal və süni mayalanma tədqiqatlarının insan nümunəsində həyata keçirilməsinin əleyhinə idi. Amma Edwards İngilis kilsəsindən və bir qədər sonra Gürcü kilsəsindən Süni mayalanma üçün dəstək əldə etdi.

1950-ci illərdə Edinburq Universitetində Alan Beatty-nin rəhbərliyi altında PhD dissertasiyası üzərində çalışan Edwards siçan embrionlarında xromosom zədələmələrini öyrənirdi. Bu zaman, o, fərqli genetik tədqiqatlarla yanaşı siçanların süni fertilizasiyasını da dərindən öyrənib. Bu tədqiqatlar onda insanlarda sonsuzluq probleminin süni mayalanma yolu ilə aradan qaldırmaq ideyasına gətirdi.

İstinadlar

Kateqoriya:Britaniya həkimləri Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:Britaniya fizioloqları Kateqoriya:Birləşmiş Krallıqda vəfat edənlər Kateqoriya:Tibb Kateqoriya:Fiziologiya Kateqoriya:Banqor Universitetinin məzunları Kateqoriya:Edinburq Universitetinin məzunları Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları