thumb|Muzey Mərkəzi Muzey Mərkəzi (keçmiş adı: Lenin Muzeyi) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi. Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Direktoru Liana Vəzirovadır.

Binası thumb|Muzey Mərkəzinin binasının memarı Həsən Məcidov Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V. İ. Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V. İ. Lenin Muzeyinin filialı kimi istismara verilib.

1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır. Bu binada aşağıdakı muzeylər yerləşir: Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Azərbaycan İstiqlal Muzeyi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bakı muzeyləri Kateqoriya:1960-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:1991-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Bakının görməli yerləri