Kaspar Fridrix Volf (; ) — alman anatomu və fizioloqu.
Dərzi ailəsində Berlində doğulmuş, orada da tibb oxumuş və 1759-cu ildə mövzusunda dissertasiya müdafiə etmişdir. Kaspar Fridrix Volf əsəri ilə müasir embriologiyanın əsasını qoymuşdur. Burada o, dəqiq müşahidələrə əsaslanaraq rüşeymin tədricən inkişafını göstərmişdir.
Yeddiillik müharibə zamanı lazaret həkimi kimi fəaliyyət göstərmişdir. Ona fiziologiyadan mühazirə oxumağa qadağa qoyulur, 1766-cı ildə II Yekaterinanın dəvəti ilə Sankt-Peterburqa gələrək Sankt-Peterburq Akademiyasının üzvü seçilir.
1768-ci ildə Peterburqda o, "De formation intestinarum" əsərini dərc edir. Əsərin əlyazması Rusiya Elmlər Akademiyasında saxlanır.
Mənbə Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.11. İstinadlar
Kateqoriya:Almaniya alimləri Kateqoriya:Berlində doğulanlar Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:Botanika taksonlarının müəllifləri Kateqoriya:Almaniyanın hərbi həkimləri