Covanni Lorenso Bernini (Gian Lorenzo Bernini, ; 7 dekabr 1598, Neapol - 28 noyabr 1680, Roma) — məşhur italyan heykəltaraşı, rəssam və memarı. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri. Öz atasının, Pyetro Bernininin şagirdi olmuşdur. Eyni zamanda, rəssam və memar kimi də fəaliyyət göstərmişdir.

Həyatı Covanni Lorenso Bernini 1598-ci il dekabr ayının 7-də Neapol şəhərində anadan olmuşdurCovanni Lorenso Bernini İtalyan heykəltaraşı 1598-1680. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri olmuşdur. Onun "David" (1623), "Apollon və Dəfnə" (1622-1625), "Müqəddəs Terezanın vəcdə gəlməsi" (1644-1652) və s. heykəltaraşlıq kompozisiyalarında dinamizm və işıq-kölgə traktovkası güclüdür.

Romadakı əsərlərin təxminən 70 faizi Berniniyə aiddir. Ən məşhur əsəri Romadakı Navona meydanında yerləşən "Dörd çay fəvvarəsi"dir (it.Fontana dei Quattro Fiumi). Vatikandakı bir çox binanın müəllifi olmuşdur. Romadakı, o cümlədən Vatikandakı əsərlərin əksəriyyətinin müəllifi olmasına səbəb böyük qabiliyyəti sayəsində kilsənin himayəsində olması idi. Öz dövrünün xalq rəssamı mövqeyindəki Bernini, əsərlərinin böyük hissəsini kiçik maketlər halında hazırlayaraq öz şagirdlərinə düzəltdirmişdir.

Romadakı əsərlərin təxminən 70 faizi Berniniyə aiddir. Ən məşhur əsəri Romadakı Navona meydanında yerləşən Dörd çay fəvvarəsidir (). Vatikandakı bir çox binaların müəllifi odur. Romadakı, o cümlədən Vatikandakı əsərlərin əksəriyyətinin müəllifi olmasına səbəb, böyük qabiliyyəti sayəsində kilsənin himayəsində olması idi. Öz dövrünün xalq rəssamı mövqeyindəki Bernini, əsərlərinin böyük hissəsini kiçik maketlər halında hazırlayaraq öz şagirdlərinə düzəltdirmişdir.

Bernini Covanni Lorenso 1680-ci il noyabr ayının 28-də Romada vəfat etmişdir.

Maraqlı faktlar Den Braunun "Mələklər və iblislər" əsərində gizli İlluminati təşkilatının üzvü kimi təqdim edilir.

Həmçinin bax Proserfinanın Qaçırılması (heykəl)

İstinadlar

Kateqoriya:İtaliya heykəltaraşları Kateqoriya:Neapolda doğulanlar Kateqoriya:Romada vəfat edənlər Kateqoriya:XVII əsr İtaliya rəssamları Kateqoriya:XVII əsr İtaliya memarları