() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Çoxillik bitkidir. Gövdəsi 120 sm hündürlükdədir. Qını silindrik, gövdəyə sıxılmış, bütövlükdə qara, qaidədə və ya ortada eninə yaşıl zolaqlıdır. Strobiləri (spor sünbülləri) oturaq, yumurtavari, sivri və ya uzunsov-yumurtavari, 2 sm uzunluğundadır. Dişiçikləri erkən tökülən, gövdəsi budaqlanmayan.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Sporların yetişmə dövrü iyun-avqust aylarıdır. Mezofotdir. Nəmli yerlərdə, çağıl daşlarında, dəniz qumluqlarında psammofit-litoral bitkilik tipində kiçik qrup şəklində rast gəlinir. Dərman bitkisidir. Dağ qurşağına kimi, su kənarında, dəniz kənarı qumluqlarda Convolvulus persicus, Daucus carota, Pulicaria dysenterica, Trachomitum sarmatiense, Argusia sibirica bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir. Dərman bitkisidir, homeopatiyada və xalq təbabətində istifadə olunur.
Yayılması Samur-Dəvəçi ovalığı (Xaçmaz rayonu, Şabran rayonu); Naxçıvan düzənliyi (Uzunoba kəndi ətrafı).
Sayı və tendensiyası Azalmaqdadır.
Məhdudlaşdırıcı amillər Xəzər dənizinin səviyyəsinin dəyişməsi və antropogen amillər (mal-qara tərəfindən tapdalanması, çimərliklərdə tikinti işlərinin aparılması).
Mühafizə tədbirləri Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasını təmin etmək və yeni yayılma yerlərini axtarılması təklif olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları