Ağciyər venaları iki cüt ağciyər venalarının dəlikləri (lat. ostia venarum pulmonalis) vasitəsilə sol qulaqcığa açılır. Kiçik qan-dövranına aid venalar olub ağciyərlərdən başlanğıcını götürərək, arteriyal qanı sol qulaqcığa daşıyır. Ağciyərlərin kütləsində olan kiçik venalar bir-birilə birləşərək ağciyərlərin qapılarında iki cüt ağciyər venalarını: sağ ağciyər qapısında — və sol ağciyər qapısında — əmələ gətirirlər. Bunların qapaqları yoxdur.

Sağ ağciyər venaları Sağ ağciyər venaları sol tərəfdəkindən uzundurlar, ağciyər arteriyasının altı ilə və yuxarı boş venanın, sağ qulaqcığın və qalxan aortanın dalı ilə sağa doğru gedərək, ürək kisəsini dəldikdən sonra sol qulaqcığa açılır.

Sol ağciyər venaları Sol ağciyər venaları ağciyər qapısından çıxaraq enən aortanın qabağı ilə sağa doğru gedirlər və ürək kisəsini dəldikdən sonra sol qulaqcığa açılırlar. Ağciyər qapılarından çıxdıqdan sonra bronx venalarının bir qismini qəbul edirlər.

Tipləri Sağ yuxarı — Sağ aşağı — Sol yuxarı — Sol aşağı —

Təsvirlər

İstinadlar

Mənbə Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie

Xarici keçidlər Illustration at infomat.net

Həmçinin bax Yuxarı boş vena Aşağı boş vena Göbək venası Qapı venası Ümumi qalça venası

Kateqoriya:Venalar Kateqoriya:Arterial sistem Kateqoriya:Damarlar Kateqoriya:Tənəffüs sisteminin anatomiyası