thumb Aaxen () — Almaniyanın qərbində Şimali Reyn-Vestfaliya vilayətində, Hollandiya və Belçika ilə sərhəd bölgədə yerləşən şəhər. Əhalisi 258.380 min (2009) nəfərdir. Şəhərdə "Rheinisch-Westfälische Technische Hochschule" texiniki universiteti yerləşir.

Tarixi Axen eramızın I əsrinə aid Qədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. VIII əsrin sonunda Frank imperiyasının paytaxtı, orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur. Axen 1170-ci ildə birinci, 1330-cu ildə isə ikinci qala divarları (dövrümüzədək 4 bürc və 2 darvaza qalmışdır) ilə möhkəmləndirilmişdir.

1562-ci ildə kralların tacqoyma mərasimi Frankfurt-Mayn şəhərinə köçürüldükdən sonra şəhər tənəzzülə uğramışdır. 1794-cü ildə fransızlar tərəfindən işğal olunan Axen Vyana konqresinin qərarı ilə Prussiyanın ərazisinə qatılmışdır (1815). 1871-ci ildən Almaniyanın tərkibindədir. 1943–45-ci illərdə böyük dağıntılara məruz qalmışdır. Şəhərdə imperator Böyük I Karl saray kompleksinin (8–9 əsrlər) qalıqları saxlanılmışdır. Axen saray kompleksinin ətrafında inkişaf etmişdir.

250px|thumb|right| Aaxen kafedralı

Əhalisi Vətəndaşlığına görə xarici ölkə rezidentləri Ölkə Əhali (31.12.2018) 6,478 1,758 1,651 1,586 1,512 1,025

Mədəniyyət müəssisələri Axen 1238-ci ildən xristian müqəddəs əşyalarının nümayiş olunduğu mərkəzə və katoliklərin ziyarətgahına çevrilmişdir. Ümumdünya irsinin siyahısına salınmış baş kilsə (burada 1531-ci ilədək 32 alman imperatorunun tacqoyma mərasimi keçirilmişdir), imperator saray kapellası (786–798, memar Metsli Odo; Karolinqlər intibahı dövrünün ən parlaq memarlıq nümunəsi), qotik üslubda Qroshauz (keçmiş ratuşa, 1267, hazırda şəhər arxivi), Ratuşa (təqribən 1333–76, 1898–1902-ci illərdə yenidən qurulmuşdur; imperator zalında Axen Retelin I Karlın həyatından bəhs edən freskaları, 1840–51), barokko üslubunda fəvvarə və I Karlın tunc heykəli (1620), Elizen -brunnen fəvvarəsi (1822–27, memar Y. A. Kremer) Axenin ən məşhur memarlıq abidələrindəndir.

Ali texniki məktəb (1870; 1880-ci ildən universitet statusu), Müqəddəs Qriqori kilsə musiqisi ali məktəbi (1881), kütləvi kitabxana (1831), Syurmondt (1882, antik və Avropa incəsənəti), diyarşünaslıq, "Kuven-Muzeum" (18–19-cu əsrlər, dekorativ tətbiqi sənət), beynəlxalq qəzet (1885) muzeyləri, şəhər teatrı (1751), "Qrents land teater″, "Blekaut" teatrı; musiqili teatr (2000) var.

İqtisadiyyatı Axenin iqtisadiyyatında əsas yeri xidmət sferası tutur. Axen elmi-tədqiqat və təcrübə-konstruktor işləmələri, işgüzar xidmətlər və ticarət (o cümlədən beynəlxalq) üzrə böyük mərkəzdir. Maşınqayırmanın elektrotexnika, elektronika, kömür sənayesi üçün avadanlıq istehsalı sahələri ən çox inkişaf etmişdir. Burada çoxsaylı elmi kadrlar cəmləndiyindən elmtutumlu istehsal (o cümlədən təcrübə-sınaq işləri), sürətlə inkişaf edir. Axen Almaniyanın ən böyük daş kömür hövzələrindən birinin mərkəzidir. Şəhərin sənayesi kömür hasilatı üzrə ixtisaslaşmışdır. Axendə kimya, rezin-texnika, yeyinti, toxuculuq, şüşə-keramika sənayesi müəssisələri fəaliyyət göstərir. Şəhərin ətrafında olan mədənlər Romalıların dövründən istismardadır Axenin 20 km-liyində Yulix nüvə tədqiqatları mərkəzi yerləşir. Axen balneoloji kurortdur. Əsas təbii müalicə amili çoxsaylı (təqribən 40) termal (temperatur 75° C-yədək, Mərkəzi Avropada ən isti) mineral bulaqlardır.

Nəqliyyat Eyni zamanda şəhər böyük bir dəmiryolu mərkəzi və mühüm nəqliyyat qovşağıdır. Daha çox dəmiryol Moskva–Berlin–Paris transavropa dəmiryol magistralı Axendən keçir. Sərnişin dövriyyəsinin həcminə görə ölkədə ilk yerlərdən birini tutur.

Partnyor şəhərlər Partnyor şəhərlər aşağıdakıdır: Reyms 1967 Calderdale 1979 Toledo 1985 Ninqbo 1986 Naumburq (Saksoniya-Anhalt) 1988 Arlinqton Virciniya 1993 Kapstadt 1999 Kostroma 2005 Sarıyer 2013 Montebur 1960

Həmçinin bax Aaxen kafedralı Aaxen döyüşü

Xarici keçidlər Webauftritt der Stadt Aachen Portal Stadtgeschichte des Arbeitskreises Denkmalpflege als Wiki AachenWiki − Informationen und Tipps für alle, die in Aachen leben oder für ein paar Tage vorbeischauen Aachener Stadtgeschichte − Fotos, historische Hintergründe sowie Artikel zur Stadtentwicklung zwischen 1850 & 1985

İstinadlar

Kateqoriya:Almaniya şəhərləri Kateqoriya:Şimali Reyn-Vestfaliya şəhərləri Kateqoriya:Almaniyada yəhudi tarixi Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Tarixi respublikalar Kateqoriya:I əsrdə yaranan yaşayış məntəqələri