() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki təsviri Hündürlüyü 6-50 sm olan çoxillik ot bitkisidir. Gövdəsi (adətən bir neçə) yarpaqsızdır, dar, uzun sümbüllə başa çatır.

Enli, yumurtavari, bütöv, 5-7 damarlı, enli saplaq üzərində yerləşən çılpaq yarpaqları birbaşa kökyanı rozetdən çıxır. May-sentyabr aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir.

Yayılması Böyük bağayarpağı boreal coğrafi tipinin palearktik sinfinin palearktik-meşə qrupuna aiddir. Avropada, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Hindistan, Himalay, Yaponiya, Çin, Monqolustan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda böyük bağayarpağı bütün rayonlarda arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir

Sinonimləri

Ekoloji qrup və bitdiyi yerlər Kseromezofitdir, meşə-kol, dağçəmən və alaq bitkilik tiplərində rast gəlir. Əsasən çəmən, meşə, kolluq, qumsal yerlər, yol kənarları, əkin, bağ və bostanlarda kiçik qruplar əmələ gətirir

Tərkibi Flavonoid, saponin, alkaloid, piyli yağlar, aşı və acı maddələr, C, B və K vitaminləri, karotin və qlikozidlərlə zəngindir

Təsiri və tətbiqi Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental, Tibet, Çin, Koreya və xalq təbabətində, farmakologiya və homeopatiyada, eləcə də baytarlıqda geniş tətbiq edilir. Əsasən dəri, böyrək, göz, şəkərli diabet, sidik kisəsi, mədə-bağırsaq, mədə və onikibarmaq bağırsaq xoraları, epilepsiya, ağciyər vərəmi, bronxit xəstəlikləri, habelə yanıqlar, bəd xassəli şişlər, sınıq, burxulma və zədələnmə, ağızda iltihab prosesləri, irinli yaralar və xoralar, diş və baş ağrıları zamanı istifadə olunur. Bakterisid, protistosid, sedativ, hipotenziv, hemostatik, qansaxlayıcı, bəlğəmgətirici, işlədici və şualanmadan qoruyucu təsirə malikdir.

Əkstəsirləri Mədə şirəsinin yüksək turşuluğu ilə bağlı qastrit üçün ziyanlıdır.

İstifadə olunan hissələri Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları, çiçəkləri, kökü və toxumları istifadə edilir.

İstifadə formaları Cövhər, dəmləmə və şirələr.

Digər faydalı xüsusiyyətləri və istifadəsi Yeməlidir, qızardılmış və üyüdülmüş toxumlardan alınmış un sousların və ədviyyatların (şorabalar üçün) hazırlanmasında istifadə olunur. Yem bitkisidir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avropa florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Dominikan Respublikası florası