Nəriman Əliməmməd oğlu Həsənzadə () — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017), "İlin şairi" makafatı (2010), "Şöhrət", "Şərəf" "İstiqlal" və "Heydər Əliyev" ordeni laureatı. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir.

Həyatı Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin İnstitutu bitirmişdir. 1954–1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976–1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur.

1991–2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Azərbaycan Milli Aviasiya Akademiyasının "Dil və ictimai fənlər kafedrası"nın müdiri vəzifəsində çalışmış, Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvü olmuşdur. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir.

Nəriman Həsənzadə 1 avqust 2026-cı ildə Bakı şəhərində vəfat edib.htNəriman Həsənzadə vəfat etdi Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Təltif və mükafatları Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011) ilə təltif olunmuşdur. 2002-ci ildə Fərdi prezident təqaüdünə layiq görülmüşdür.

18 fevral 2021-ci ildə ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal" ordeni ilə təltif edilib. Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində "Vətənsiz" (Rumıniya, 2009) və "Nuru Paşa" (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir. "Kayseri poeziya günləri"ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona "Uğur — 2009" diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur. 18 fevral 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.N.Ə.Həsənzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Tarix: 18 fevral 2026

Kitabları Dostlar gözləyir məni. Bakı: Uşaqgəncnəşr, 1956 Qız ürəyi. Bakı: Uşaqgəncnəşr, 1957 Haradasan. Bakı: Uşaqgəncnəşr, 1959 Qaraca Çobanın hekayəti. Bakı: 1960 Sizdən ayrılmadım. Bakı: Uşaqgəncnəşr, 1961 Könlüm şer istəyir. Bakı: Azərnəşr, 1964 Yadına düşəcəyəm. Bakı: Azərnəşr, 1966 Nəriman. Bakı: Azərnəşr, 1968 Niyə demədiniz. Bakı: Gənclik, 1970 Zümrüd quşu. Bakı: Gənclik, 1973 Mənim gecəm-gündüzüm. Bakı: Gənclik, 1973 Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1974 Zümrüd quşu. Bakı: Gənclik, 1976 Nəriman. Bakı: Yazıçı, 1978 Sən bağışladın. Bakı: 1979 Bir az möhlət istəyirəm ömürdən. Bakı: 1981 Fikir eləmə. Bakı: Gənclik, 1982 Kimin sualı var. Bakı: Gənclik, 1984 Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1986 Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987 Mənim nikahımı pozdu təbiət. Bakı: Yazıçı, 1989 Bütün millətlərə. Bakı: Yazıçı, 1991 Taleyin töhfəsi. Bakı: Gənclik, 1993 Gəlimli-gedimli dünya. Bakı: Şərq-Qərb, 1995 Pompeyin yürüşü. Bakı: "Azərbaycan ensiklopediyası", 1995 Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004 Poylu beşiyim mənim. Bakı: 2007 Nəriman. Bakı: 2009 Seçilmiş əsərləri. Bakı: 2010 Nuru Paşa. Bakı: 2010

Əsərləri

Poemaları Nəriman Zümrüd quşu Kimin sualı var? Atabəylər Pompeyin Qafqaza yürüşü Midiya sarayı Bəyanət Həsrət Vətənsiz Heybədə gəzən şeir Şahid ol, günəş Rəsul Həmzətova məktub Şəhid atası Şərif qağaya məktub Qafqaz Cavid Qaçaq Kərəm Səfirə Xarıbülbül Nə qəribədir Azadlıq himni.

Povesti Nabat xalanın çörəyi

Filmoqrafiya Nəriman Həsənzadə (film, 2006) Qəmbər Hüseynli (film, 2007) Mən Hüseyn Arifəm… (film, 2010) Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)

İstinadlar

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Filologiya elmləri namizədləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr şairləri Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:Qəzet redaktorları Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:XXI əsr Azərbaycan şairləri Kateqoriya:Azərbaycan redaktorları Kateqoriya:Fəlsəfə elmləri namizədləri