() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Təbii halda Aralıq dəniz sahili ölkələrində yayılmışdır.

Botaniki təsviri 1,5–2 m hündürlüyündə, həmişəyaşıl, sıx budaqlı koldur. Çoxillik zoğları tünd boz, birillik zoğları isə açıq boz rəngdə, tükcüklü, qabığı soyulandır. Yarpaqlarının uzunluğu 1,5–3,5 sm və eni 0,2–0,4 sm olub, xətvari, üzbəüz düzülüşlü, oturaq, səthi dərili, kənarları isə aşağı əyilmiş, sadə quruluşludur. Alt tərəfdən sıx tükcüklərlə örtülü, bozumtul, üstdən isə parlaq, tünd-yaşıl rəngli və ətirlidir. Çiçəkləri ağ, tünd və ya açıq bənövşəyi rəngdə olub, xırda, sıx süpürgəvari çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi erkən yaşda müşahidə edilir, bütün il boyu çiçəkləyir və kolu tam örtür. Kök sistemi güclü inkişaf etmişdir. Toxumları qonur rəngli və xırdadır. Toxum, qələm və kolun bölünməsi ilə çoxaldılır.

Ekologiyası İşıqsevən, quraqlığa, şoranlığa davamlı, torpağa az tələbkar bitkidir. Cavan bitkilər bəzən −70C temperatur şaxtada məhv olur. Çox nəmişliyi sevmir. Kolları budamaqla forma verdikdə uzun müddət həmin formanı saxlayır.

Azərbaycanda yayılması Abşeron, Gəncə, Qəbələ və Lənkəranda mədəni şəraitdə becərilir.

İstifadəsi Efir yağları ilə zəngindir, ətriyyatda, bəzən çörək və qənnadı istehsalında istifadə edilir. Bitkidən, həmçinin yamacların bərkidilməsi və yaşıllaşdırılması üçün də istifadə edilir. Abşeronda park və bağlarda alçaqboylu bordyur kimi geniş tətbiq edilir.

Sinonimləri

Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Bağ bitkiləri Kateqoriya:Otaq bitkiləri Kateqoriya:Aralıq dənizi mətbəxi Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Avropanın dərman bitkiləri