() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Rusiyanın meşə zonasında, Avropanın şimalında, Qərbi Sibirdə, Şimali Qafqazda, Zaqafqaziyada və Dağıstanda rast gəlinir.
Botaniki təsviri Hündürlüyü 1,5 m, möhkəm gövdə və budaqlı, yarpağı tökülən, az budaqlanan koldur. Yarpaqları növbəli, qısa saplaqlı, tünd yaşıl, alt tərəfi göyümtül, kənarları tükcüklü, uzunsov, uzunluğu 3-8 sm, eni 1-2 sm-dir, əks lansetvari, sadə, kənarları bütöv, zoğların uclarında yerləşmişdir. Tumurcuqları növbəli, çoxsaylı, spiral formasında yerləşmiş pulcuqlu, haşiyəlidir, ucda olanların uzunluğu 5–7 mm-dir, yanda olanlar xırdadır. Çiçəkləri ikicinsli, çox vaxt çəhrayı, bəzən ağ və digər çalarlı, ətirli, balvericidir, əsasən keçən ilki tökülən yarpaqların qoltuqlarında, çılpaq zoğlarda dəstələrlə - iki-beş və ya tək oturur. Çiçək yanlığı sadə, dörd bölümlü, diametri 1-1,5 sm-dir, boruvari bitişmiş, ləçəkvari kasayarpaqlardan əmələ gəlmişdir. Çiçək tacı dörd ləçəklidir. Erkəkcikləri 8 ədəd oturaqdır. Erkən yazda çiçəkləyir (aprel-mayın əvvəlində). Meyvəsi parlaq qırmızı, oval, sulu, şarşəkilli, parlaq toxumları olan çəyirdəkdir. Çəyirdəyi tünd qonur, parlaq, oval, enli, uzunluğu 5–6 mm-dir. İyulun axırlarıavqustun əvvəlləri meyvə verir.
Ekologiyası Tünd iynəyarpaqlı və qarışıq meşələrdə, bəzən enliyarpaqlı meşələrdə bitir. Cənub rayonlarda dağların subalp zolağında rast gəlinir. Yüngül işıqlanma şəraitində yaxşı böyüyür və budaqlanır. Mülayim iqlimli zonalardayayılmışdır.
Azərbaycanda yayılması Böyük Qafqazın (Quba) şərqində və qərbində, Kiçik Qafqazın şimalında və mərkəzində geniş rast gəlinir.
İstifadəsi Bitkinin bütün hissələrində, xüsusilə meyvələrində zəhərli şirə vardır.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Avropa florası Kateqoriya:Rusiya florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Kollar