Badamlı qəbiristanlığı və ya Badamlı nekropolu — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndində yerləşən arxeoloji abidədir.
Haqqında Nekropol hər tərəfdən yaşayış evlərinə aid həyatyanı sahələrlə əhatə olunmuşdur. Qəbiristanlıqdakı qəbirlərin əksəriyyətinin izləri itmiş, bəzilərinin isə yalnız baş daşları dövrümüzədək gəlib çatmışdır. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr qeydə alınmışdır. Abidənin ərazisində qırmızımtıl tuf daşından hazırlanmış qoç fiquru da mövcuddur. Yerli əhalinin məlumatına görə, əvvəllər nekropolda çoxlu sayda daş qoç fiquru olmuşdur.
Qəbiristanlığın mərkəzi hissəsində dairəvi formalı türbənin bünövrəsinə aid qalıqlar qorunub saxlanılmışdır. Arxeoloji xüsusiyyətlərinə əsasən, Badamlı nekropolu XVI–XIX əsrlərə aid edilir.
İstinadlar
Kateqoriya:Şahbuz rayonunun abidələri Kateqoriya:Şahbuz rayonu qəbiristanlıqları Kateqoriya:Müsəlman qəbiristanlıqları