Oxatan (lat. Sagittarius) — zodiakal bürc. Oxatan bürcü göy sferasının cənub yarımkürəsində yerləşir. II əsr astronomu Ptolemey tərəfindən siyahıya alınmış 48 bürcdən biridir və müasir dövrdə qəbul edilən 88 bürc arasında yer alır. Onun qədim astroloji simvolu ♐︎ işarəsidir. Bürcün adı (Sagittarius) latın dilində "oxatan" mənasını verir. Oxatan adətən yayını çəkmiş kentavr şəklində təsvir olunur. Bürc qərbdə Əqrəb və İlantutan, şərqdə isə Oğlaq və Mikroskop bürcləri arasında yerləşir.

Görünüşü Şimal yarımkürəsindən baxıldıqda bürcün daha parlaq ulduzları "Çaydan" adlanan, asanlıqla tanınan asterizm əmələ gətirir.

Mifologiya

Astrologiya 2002-ci il məlumatlarına görə, Günəş dekabrın 18-dən yanvarın 18-dək Oxatan bürcündə görünür. Tropik astrologiyada Günəşin noyabrın 22-dən dekabrın 21-dək, siderik astrologiyada isə dekabrın 16-dan yanvarın 14-dək Oxatan bürcündə olduğu qəbul edilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bürclər Kateqoriya:Oxatan bürcü