Türkologiya, türkoloji və ya türkşünaslıq — humanitar elmlərin kompleksidir və türklərin tarixini, dillərini, ədəbiyyatını, folklorunu, etnologiyasını müqayisəli şəkildə öyrənır. Bura Şərqi Sibirdə yaşayan Saxalardan tutmuş Balkanlar və Moldovada yaşayan Qaqauzlara qədər bütün türk xalqları daxildir.

Tarixi Türkologiya Qərbin Şərqi öyrənmə cəhdləri nəticəsində meydana çıxan şərqşünaslıq əsasında bir sistem qazanmışdır. İlk türkologiya inistitutu 1795-ci ildə Parisdə École des Langues Orientales Vivantesdə qurulmuşdur. Bunu şərqşünaslıq və türkologiya ilə bağlı digər inistitutlar izləmişdir. Moskvada (1814), yenə Parisdə (1821) və Londonda (1906) qurulan bu çür inistitutların yayımladığı xeyli sayda elmi əsər, jurnal, məqalə və s. mövcuddur.

Türklər haqqında etnoloji məlumatlar ilk dəfə XI əsrdə türk filoloq Mahmud Qaşğari tərəfindən "Divanü Lüğat-it-Türk" əsərində sistemləşdirilmişdir. Çox dilli lüğətlər isə XIII əsrdən ticarətin daha da genişlənməsinin təsiri altında yaranmağa başladı (Qıpçaq — Fars — Latın — Alman Kodex Kumanikus, Rus — Qıpçaq və s.).

Orta əsrlərin böyük bir hissəsinə aid türkoloji məlumatların böyük əksəriyyətini biz Bizans/Yunan tarixçilərinin, səfirlərinin, coğrafiyaçılarının və səyahətçilərinin əsərləri sayəsində əldə edə bilirik.

1612-ci ildə qrammatika kitabı Cerome Megizer tərəfindən çap edildi. Ondan sonra isə F. Mesginen-Meninski 4 cilddə Thesaurus Linguarum Orientalium əsərini 1680-ci ildə çap etdirdi. Bundan başqa Mesginen-Meninski Türkcə — Latınca lüğət və Türk dilinin qrammatikası əsərlərini də yazmışdır.

P. A. Pallasın dövründə türk dilinin araşdırılması daha da inkişaf etdi. Onun Bütün dillərin müqayisəli lüğəti əsərində türklərin Mişar, Tatar, Noqay, Başqırd və digər türk etnik qruplarının da xüsusiyyətlərini vermişdi. XIX əsrdə türkologiya xeyli irəlilədi, bunda Mirzə Kazım bəyin rolu çox böyük olmuşdur. Onun yazdığı Türk-tatar dilinin qrammatikası (1839) öz dövrünün funtamental əsəri idi. Bundan əlavə O. N. Betlinqs də Yakut dilinin qrammatikası (1851) əsərini yazmışdı.

Dövrün əsas uğuru isə 1895-ci ildə Vilhelm Tomsen və Vasili Radlov tərəfindən Orxon abidələrinin oxunması oldu.

XIX əsrin sonuna doğru Türkologiya elmi artıq tarix, filologiya, folklorşünaslıq, arxeologiya, etnologiya kimi elm sahələrinə daxil olmuşdu. XX əsrdə isə artıq Türkologiya fiziki antropologiya, numizmatika, genetika, qədim Türk əlifbaları, tipologiya, genezis, etimologiya, onomastika və toponimika kimi elm sahələrinə də daxil oldu.

Türkische Bibliothek (1905–1927) əsərinin yazılması Mitteilungen zur Osmanischen Geschichte (1921–1926) əsərinin yazılması ilə davam etdi və yeni bir cərəyan formalaşdırdı.

Müasir dövrümüzdəki elmi inkişaflar türkologiya sahəsindəki tədqiqatlarda kalibrli müəyyənetmə, dendroxronologiya, metallurgiya, kimya, tekstil və digər sahələrdən də kömək üçün istifadə etməyə icazə verir.

Sovet dövründə təqiblər Böyük təmizləmə zamanı bütün Sovet ölkələrində olan məşhur türkoloqların əksəriyyəti ya güllələndi ya da daha çox ölümlə nəticələnən sürgünlərə göndərildi.

1944-cü ildə Kommunist partiyası Mərkəz Komitəsi sərəncam verdi. Bu sərəncamda türk tarixinin "qədimləşdirilməsi" cəhdləri qadağan edilirdi. Bu sərəncamə bütün ittifaq ölkələrində sağ qalmış türkoloqların həbsi, güllələnməsi və sürgünü izlədi. Bu dövrə qədər yazılmış bir çox əsərlər qadağan edildi, süni şəkildə yaradılmış "nəhəng sovet alimlərinin" əsərlərindən kənara çxmaq, onların dediklərinin ziddinə nəsə yazmaq qadağan edildi.

Bütün bunlardan əlavə Türk xalqlarının köklü şəkildə deportasiyaları və qırğınlar nəticəsində SSRİ-nin süqutuna doğru Türkologiyanın Rusiyadakı bütün bazaları məhv edilmişdi. SSRİ dağıldıqdan 20 sonraya qədər bir çox keçmiş ittifaq ölkəsi hələ də bu elmi bərpa edə bilmirdi.

Digər yandan bu siyasət türklüyə və türkologiyaya istənmədiyi halda bəzi xeyirlər də gətirdi. Belə ki türk sözünün ləğv edilməsi nəticəsində ayrı-ayrı adlar altında da olsa türk xalqları tarixi araşdırıldı. Bu araşdırmalar məqsədli və qərəzli şəkildə aparılsa da, bəzi məqamlar da istəmədən də olsa Türkologiyaya bəzi xeyirlər də verdi.

Rəsmi nəşrlər qadağan edilsə də, Sovet hökuməti heç cürə insanların türkologiya sahəsində gizlin araşdırmalar aparmasına mane ola bilmirdi. SSRİ zəiflədiyi zaman və insanlara müəyyən demokratik haqlar verildiyi dövrdə bu keçmişdə yazılmış, lakin həbs qorxusuna görə yayımlanmamış yazılar hamısı nəşr edilməyə başladı. Məlum oldu ki, "qadağalar" dövründə yazılmış əsərlərin sayı təsəvvür olunandan da çoxdur.

SSRİ-nin türkologiyaya istəmədən verdiyi xeyirlərdən biri də bolşevik inqilabının təsiri altında yeni "doğru tarix" yazmaq cəhdləri idi. Bu cəhdlər sayəsində bir çox böyük alım SSRİ-nin müasir elmi tədqiqatdan uzaqda qalmış Mərkəzi Asiya və Sibir kimi regionlarına ezam edildilər. Nəticədə türkoloqların Lev Qumilyovdan və Oljas Süleymanovdan təsirlənən yeni nəsli meydana çıxdı.

Bütün bunlara baxmayarq SSRİ dövründə əvvəllər (Rusiya imperiyası zamanı) yazılmış bütün əsərlər dükanlardan, kitabxanalardan, müəllifin özündən hətta kolleksiyaçılardan belə toplanmışdı. Hətta Böyük təmizləmə zamanı məqsədli şəkildə bu kitabların yandırılması mərasimi təşkil edilirdi.

Nəticədə onlillər boyunca yaradılmış elmi əsərlər, toplanmış maddi sübutlar, xatirələr məhv edilmişdi.

Sovet dövründə təqiblərə məruz qalan bəzi məşhur türkoloqlar