Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun Zarat kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Haqqında Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1410 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimikası Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007, 293 səh.

İstinadlar

Kateqoriya:Siyəzən rayonunun kəndləri Kateqoriya:Əlifba sırasına görə kəndlər