Siyəzən — Azərbaycan Respublikasının Siyəzən rayonunun Beşdam kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Siyəzən kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir.
Toponimikası Siyəzən adlanan ərazidə hələ qədimdən neft yatağı aşkar edilmişdir. Toponimin yaranması da məhz bununla əlaqədardır. Tədqiqatçılar oykonimi "qara su", "qara torpaq", "qara düzənlik" kimi mənalandırmışlar.
Coğrafiyası və iqlimi Kənd Samur–Dəvəçi ovalığında yerləşir.
Əhalisi Əhalisinin sayı 132 nəfərdir (2009-cu il).Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Siyəzən rayonunun kəndləri