() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Bu keçilərin iri spiralvari buynuzları olur. Sağ buynuz sola, sol buynuz sağa doğru burulmuşdur. Erkək keçilərin buynuzlarının uzunluğu 1.5 metrə çatır. Dişilərin buynuzları daha gödək olur və daha az burulmuş olur. Erkək keçilərdə bəzəkli saqqallar olur. Qışda çütləşmə dövründə böyük sürülər əmələ gətirirlər. Dişi fərdlərin hamiləlik dövrü 170 gün sürür. Bundan sonra onların 1-2 balaları dünyaya gəlir. Doğulduqdan 1 gün sonra balalar analarının arxası ilə hərəkət edirlər. Burmabuynuz dağ keçiləri balalarını 5-6 ay südlə bəsləyirlər. 2-2.5 yaşından sonra onlar çoxalmada iştirak edirlər.

Arealı Himalay dağlarının qərb hissəsində, Kəşmirdə, Kiçik Tibet və Əfqanıstanda, eləcə də Pənc çayı boyunca dağlarda, Tacikistanda Babadağ dağ silsiləsində yayılmışdır. Buynuzlarının formasına görə bir neçə yarımnövə ayrılır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Pakistan məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya faunası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Pakistanın milli simvolları