() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Yabani halda Cənubi Krımda, Zaqafqaziyanın şimal hissəsində, Cənubi Avropada və Kiçik Asiyada bitir.

Botaniki təsviri Hündürlüyi 8–10 m-dək, enli çətirli ağac və ya koldur. Gövdəsinin və budaqlarının qabığı tünd bozumtul rənglidir. Yarpaq saplağı və yarpaqları tüklü, kənarları bütöv və ya seyrək dişlidir. Düz qalxan gövdəsi silindrvari formalıdır. Cavan zoğları çox tükcüklüdür. Yarpaqların uzunluğu 5–10 sm, forma və ölçülərinə görə çox dəyişkən, 4–8 cüt küt və ya ucu biz qanadlı, üstü tünd yaşıl, çılpaq, alt tərəfi boz-yaşıl tükcüklüdür. May ayında çiçəkləyir, qozaları noyabr ayında yetişir. Qozanı əhatə edən pulcuqları tükcüklüdür.

Ekologiyası Yavaş böyüyür, işıq və istisevəndir, quru daşlı yamaclarda və əhəngli torpaqlarda bitir. Budanmanı yaxşı keçirir. Uzunömürlüdür. Şaxtaya və quraqlığa davamlıdır. Quraqlıq rayonlarda yaşıllaşdırma üçün qiymətli növdür, daşlı, digər növlər inkişaf etməyən torpaqlarda bitir.

Azərbaycanda yayılması Bəzi rayonlarda park və bağlarda rast gəlinir.

İstifadəsi Hündür canlı hasarlar və fiqurlu, budanmış formalar üçün gözəl materialdır. Mantar palıdı və digər istisevən cənub növləri yaşıllaşdırma üçün əlverişlidir.

Sinonimləri

Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1796-cı ildə təsvir edilən bitkilər Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:20–24 ID olan Taksonbar