Məzmun Film meşəbəyinin (Həsən Məmmədov) başına gələn, qoca palıdın şahidi olduğu hadisələrdən bəhs edir. Burada göstərilir ki, xeyirxah işlər və əməllər fəal həyat mövqeyi olmadan görülə bilməz.
Təbiətin vurğunu olan meşəbəyi qoca palıdın məhv edilməsinə qarşı çıxır. Nəticədə ədalət qalib gəlir.
Film haqqında Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya aid edilmişdir. Film İsi Məlikzadənin "Dədə palıd" povesti əsasında çəkilmişdir. Film rus dilində lentə alındığına görə, Azərbaycan Televiziyası tərəfindən dublyaj olunmuşdur. Dublyaj zamanı aktyor Həsən Turabovun ifa etdiyi Nurcabbar obrazı səhvən Nurcəfər kimi səsləndirilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Fikrət Əliyev, Hüseyn Mehdiyev Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Fikrət Əhədov Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Akif Nuriyev Rejissor: Əşrəf Mamayev Operator: Nizami Abbasov Geyim rəssamı: Səyyad Bayramov Qrim rəssamı: Firuzə İsmayılova Montaj edən: S. Qədimova Rejissor assistenti: Mirzəbala Məlikov, S. Mirzəyev, Maarif Məhərrəmbəyli Operator assistenti: İ. İbrahimov, Tərlan Babayev (T. Babayev kimi) Montaj üzrə assistent: S. Babayeva İnzibatçı: Vladimir Dudniçenko, Liliya Zöhrabova Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev İşıq ustası: Malik Nəsirov İfa edir: Vokal-İnstrumental Ansambl Ansambl rəhbəri: Rafiq Babayev Dirijor: Rafiq Babayev Redaktor: Əhmədağa Qurbanov, Çingiz Qaryağdı Filmin direktoru: Əli Məmmədov
Rollarda Həsən Məmmədov — Bağır Həsənağa Turabov — Nurcabbar Xalidə Quliyeva — Nazlı Rasim Balayev — İdrisov Cahangir Novruzov — Namaz Gülşən Qurbanova — Sona Afaq Quliyeva — Leyli
Sponsor Mərkəzi Televiziya (Moskva)
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid
Filmi izlə
Kateqoriya:1984-cü ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Fikrət Əliyevin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Zaqatala rayonunda çəkilən filmlər Kateqoriya:1984-cü ilin SSRİ filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri