Kateqoriya:Hohensollernlər Kateqoriya:Almaniya tarixi Kateqoriya:Almaniya protestantları Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:Köniqsberq şəxsləri Kateqoriya:1870-ci illərdə Almaniya Kateqoriya:Almaniya imperatorları Kateqoriya:Sui-qəsd qurbanları I Vilhelm Fridrix Lüdviq (; ) — Prussiya kralı və Alman imperatoru.
22 mart 1797-ci ildə Berlində Vəliəhd Sarayında dünyaya gəldi. Atası Prussiya kralı II Fridrix Vilhelmin oğlu vəliəhd-şahzadə Fridrix, anası isə Böyük Meklenburq-Strelitz hersoqu II Karlın qızı Luiza Avqustadır. Doğulduğu əsnada babası hələ də taxtda idi. Ancaq bir neçə ay sonra babası vəfat etdi və atası ən böyük oğul olaraq III Fridrix Vilhelm adıyla taxta çıxdı. Atasının ikinci oğlu idi və taxta çıxması güman edilmirdi. Bu səbəblə hələ 12 yaşında ikən orduya yönləndirildi. İlk hərbi təlimlərinin ardından 1814-cü ildən etibarən Prussiya ordusunda xidmətə başladı. Davam edən Napoleon müharibələrində fransızlara qarşı vuruşdu. Kapitan rütbəsinə yüksəldi və bu təcrübə onda ömür boyu qalacaq fransız düşmənliyinə səbəb oldu.
1815-ci ildə mayor rütbəsinə yüksəldi və Vaterlo döyüşündə iştirak etdi. 1817-ci ildə rus çarı I Nikolayla evləndirilən bacısı Şarlottanı Sankt-Peterburqa qədər müşayiət etdi. 1818-ci ildə general-mayor, 1820-ci ildə isə ordu komandanı təyin edildi. O əsnada əslən polyak olan Elisa Radzivillə eşq yaşamağa başladı. Bu xanım Prussiya kralı I Fridrix Vilhelmin nəticəsi idi və monarxial rütbə olaraq taxt varisiylə evlənməsi uyğun deyildi. Bu səbəblə, atasının müdaxiləsiylə Vilhelm bu münasibəti 1826-cı ildə bitirməyə məcbur oldu.
11 iyun 1829-cu ildə Berlində Böyük Saksen-Veymar-Ayzenax hersoqu Karl Frederikin qızı Şahzadə Avqusta ilə evləndi. Bu əsnada bəy namizədinin 32, Avqustanın isə yalnız 17 yaşı vardı. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.
III Fridrix (1831-1888) Luiza Mariya (1838-1923)
Atasının vəfatının ardından 7 iyun 1840-cı ildə böyük qardaşı IV Fridrix Vilhelm taxta çıxdı. Qardaşı evli olsa da, varisi yox idi və bu səbəblə, Vilhelm vəliəhd-şahzadə ünvanı daşıdı. 1848-ci il inqilabları əsnasında qardaşına qarşı başlayan üsyanları geri püskürtdü. Sivil əhaliyə qarşı top atəşi açma əmir verdi və bu səbəblə, xalqın qəzəbini qazandı. Monarx ailəsinə qaşı münasibəti yumuşaltmaq naminə, qardaşı onu Britaniyaya sürgünə yollamağa məcbur oldu. O əsnada xanımı və övladları Potsdamda qaldılar.
Çox keçmədən vətənə qayıtdı və 1849-cu ilin oktyabrında Reyn əyaləti qubernatoru təyin edildi. Ailəsiylə birgə Koblensdə məskunlaşan Vilhelm 1854-cü ildə marşal rütbəsinə yüksəldi. 1857-ci ildə qardaşı IV Fridrix Vilhelm keçirdiyi ifliclərin ardından dövlət idarəsindən uzaqlaşdı və 1858-ci ildə Vilhelm naib olaraq təyin olundu. Həmin ilin payızında ailəsiylə birlikdə Berlinə köçən Vilhelm qardaşının vəfatına qədər bu vəzifəni davam etdirdi.
Qardaşının 2 yanvar 1861-ci ildə vəfatıyla taxta çıxdı. Həmin ilin iyulunda Leypsiqli bir tələbə tərəfindən sui-qəsd nəticəsində yaralandı. Tacqoyma mərasimi 18 oktyabr 1861-ci ildə Köniqsberqdə baş tutdu. Ardından Otto fon Bismarkı baş nazir təyin etdi. Bismark vəzifədən istehfa edəcəyini deyərək dəfələrlə onu hədələmiş, beləcə öz siyasətini sərbəstcə yürütmüşdür.
1864-cü ildə İkinci Şelzviq müharibəsində danlara, 1866-cı ildə Avstriya-Prussiya müharibəsində Avstriyalılara, 1870-ci ildə isə Fransa-Prussiya müharibəsində fransızlara qarşı vuruşdu. Son müharibə davam edərkən bütün alman dövlətlərinin birləşməsi ilə Almaniya imperiyası təsis olundu. 18 yanvar 1871-ci ildə baş tutan mərasimin ardından artıq Alman imperatoru (və ya kayzer) ünvanını daşımağa başladı.
1872-ci ildə Britaniya və ABŞ arasındakı sərhəd münaqişəsinə hakimlik etdi və beləcə, 12 illik Donuz müharibəsini sonlandırdı.
11 may 1878-ci ildə Berlində sui-qəsdə məruz qaldı. Maks Hödel adlı bir anarxist tərəfindən açılan 2 əl atəşdən xilas oldu. Ələ keçirilən sui-qəsdçi mühakimə edildi və ölüm hökmüylə edam olundu. İkinci sui-qəsd cəhdi isə 2 iyun 1878-ci ildə baş tutdu. Karl Noblinq adlı anarxistin açdığı atəşlə ağır yaralanan imperator dərhal saraya qayıtdı. Ardından özünü öldürməyə cəhd edən anarxist aldığı yaralardan bir neçə ay sonra vəfat etdi. İmperator isə bu hücumdan sağ qurtuldu.
1878-ci ilin avqustunda I Vilhelmin bacısı oğlu olan rus çarı II Aleksandr dayısına məktub yazaraq Berlin konqresində alınan qərarlara etirazını bildirdi. Bu narazılığı aradan qaldırmaq məqsədilə imperator ailəsiylə birlikdə Sankt-Peterburqa rəsmi səfər etmək istəsə də, baş nazir Bismark yenə istehfa ilə hədələyərək imperatoru fikrindən daşındırdı. Yenə Bismarkın təkidiylə, Rusiya imperiyasına qarşı Avstriya-Macarıstanla ittifaq qurmağa məcbur oldu.
Sui-qəsd cəhdləri və 1848-ci il inqilabları əsnasında yaratdığı mənfi obraza baxmayaraq, I Vilhem və xanımı imperatriça Avqusta xalq tərəfindən sevilirdi. 9 mart 1888-ci ildə qısa xəstəliyin ardından Berlində vəfat etdi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Almaniya lüteranları Kateqoriya:XIX əsr Almaniya şəxsləri Kateqoriya:Masonlar Kateqoriya:Sui-qəsd cəhdləri Kateqoriya:Qüdrətli Hamam ordeni laureatları