Cəlilli — Azərbaycan Respublikasının Tovuz rayonunun Cəlilli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Cəlilli kəndi Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cəlilli kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Toponimikası Kəndin keçmiş adı Haqverdibəyli olmuşdur. Cəlil Məmmədquluzadənin şərəfinə adlandırılmışdır. Memorial toponimdir.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199917218768452009↗1811↗939↗872
Tanınmışları Zeynallı İlqar Ayaz oğlu (1995–2020) — Tovuz döyüşləri şəhidi. Hökümə Xəlilova (1960–) — Jurnalist
İqtisadiyyatı
Mədəniyyəti Kənddə Cəlilli kənd kitabxana filialı, Cəlilli kənd klubu fəaliyyət göstərir.
2000-ci ildə Aşıq Abbas Tufarqanlıdan bəhs edən "Abbas və Gülgəz" filmi bu kənddə çəkilmişdir.
Təhsil Kənddə Elşad Tağıyev adına Cəlilli kənd tam orta məktəbi fəaliyyət göstərir.
Bundan başqa kənddə Cəlilli kənd uşaq bağçası fəaliyyətdədir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Cəlilli həkim məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Cəlilli kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri