Almaniyada 1848-1849-cu illər inqilabı () və ya Mart inqilabı () — 1848-ci ilin martından 1849-cu ilin yayın axırınadək Alman İttifaqı ərazisində baş verən inqilabi hadisələr, 1848-ci il üsyanlarından biri.

Mart inqilabı Mərkəzi Avropanın bir çox ölkələrində baş verən burjua-demokratik inqilabının bir hissəsi idi. Onun əsas məsələlərindən biri Almaniyanın birləşməsi. Knyaz və feodalların təsərrüfat fəaliyyətlərinə müdaxiləsinin qarşısının aınması, siyasi həyata burjuaziyanın buraxılması idi. İnqilab dövründə ümumalman parlamenti — Frankfurt Milli Məclisi yaradıldı və senzura ləğv edildi.

Kateqoriya:1848-ci ildəki inqilablar Kateqoriya:Almaniya tarixi Kateqoriya:1848-ci ildəki hadisələr Kateqoriya:1849-cu ildəki hadisələr Kateqoriya:Almaniyada inqilablar