() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Qərbi Çindir.

Botaniki xarakteristikası Hündürlüyü 2 m olan və ildə təxminən 15 sm boy atan koldur. Yarpaqları qalın, 2–3 sm uzunluğunda, parlaqdır, aşağı hissədə sıx sarımtıl tükcüklərlə örtülmüşdür. İyulda çiçəkləyir. Meyvələri oktyabr ayında tam yetişir, çoxtoxumlu, yumurtavari formalı, narıncı-qırmızı rənglidir, uzunluğu 5–7 mm-dir. Mülayim keçən qışda giləmeyvələri kolların üzərində yaza qədər qalır.

Ekologiyası İsti, günəşli yerlərdə yaxşı bitir. Kəskin keçən qışdə kök boğazına qədər donur.

Azərbaycanda yayılması Abşeronda geniş şəkildə park və bağların salınmasında, şəhərlərin yaşıllaşdırılmasında istifadə edilir.

İstifadəsi Bal verən bitkidir. Tək və qrup əkinlərində, daşlıq yerlərdə yaşıllaşdırma işlərində çox əlverişlidir.

Sinonimləri

Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Çin florası Kateqoriya:Bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Myanma florası Kateqoriya:Tailand florası