() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Təbiətdə növün arealı Şimali Amerikanın şimal-şərqi rayonlarını - Kvebekdən Pensilvaniyayadək olan əraziləri əhatə edir.

Botaniki xarakteristikası Hündürlüyü 6 m-dək olan, çoxgövdəli ağacdır. Budaqları yuxarı qalxan, qonur, zoğları çılpaq, bozumtuldur, kiçik budaqları isə əyridir. İynələri çoxsaylı, möhkəm, bir az əyilmişdir, uzunluğu 3-10 sm-dir. Yarpaqları enli- yumurtavari və ya rombvari, ucu biz, bünövrəsi enli və ya ensiz, xırda dişli, 4-6 cüt yelpikvari yayılan, dərin olmayan pərli, cüt dişciklidir. Uzunluğu 3-7 sm, eni 2,5-6 sm, bəzi zoğlarda uzunluğu 9 sm, eni 8 sm, üstü yapışıq tükcüklü, sonradan çıxıntılı və ya çılpaq olub, alt tərəfi də çılpaqdır. Saplaqların uzunluğu 1-4 sm, yalançı zoğları xətvari-lansetvari, vəzicikli-tükcüklü, tez töküləndir. Çiçək qrupları 8-12 çiçəkli, oxu zəif tükcüklüdür. Ağ ləçəkli və xətvari-lansetvari çiçəklərin diametri 1,5-2 sm olub, uzun çiçək saplaqlarında yerləşir. Kasayrpaqları vəzicikli-dişli, çılpaqdır, çiçəklədikdən sonra əyilir, erkəkcikləri 5-12, çəhrayı tozluqludur, sütuncuqları 3-5 ədəddir. Meyvələri ellipsvari, parlaq qırmızı, uzunluğu 8-12 mm, sarımtıl unlu şirəli lətlidir. Çəyirdəkləri 3-5, uzunluğu 6-7 mm, arxa tərəfdə 1-3 buğumludur. Mayda çiçəkləyir. Sentyabr-oktyabrda meyvələri yetişir. Yelpikvari yemişan C.macrosperma və C.chrysocarpa növlərinin hibrididir.

Ekologiyası Soyuğa davamlıdır. Çay vadilərində bitir.

Azərbaycanda yayılması Gəncədə, Bakıda, Qəbələdə və s. yerlərdə park və bağlarda təsadüf edilir.

İstifadəsi 1830-cu ildən mədəni şəraitdə becərilir, yaşıllaşdırılmada dekorativ bağçılıqda geniş istifadə olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1853-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:20–24 ID olan Taksonbar