() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Amerikada, Kanadada təbii halda yayılmışdır.

Botaniki təsviri Yarımşar formalı, çətirli, tüksüz, açıq şabalıdı rəngli zoğları olan 3 m-ə qədər hündürlükdə kollardır. Yarpaqları 3-5 dilimlidir. Orta dilimi uzanmış dəyirmi elliptik, mişarvarı dişcikli, çılpaq, üstdən yaşıl, alt tərəfdən isə açıq yaşıl rəngdə olmaqla 2-4 sm uzunluqdadır. Çiçəkləri 10–12 mm diametrli çılpaq və ya seyrək tükcüklərlə örtülmüş çiçək qrupunda yerləşmişdir. Erkəkciyi 3 ədəd olub, qırmızı rəngdədir, dişiciyi 3-5-dir. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir. Yarpaqcıq meyvə, kasa yarpaqlarından 2 dəfə və ya daha çox uzundur. Təpə hissəsində sivriləşmiş çılpaq, ya da tək-tək tükcüklü olub, yetişən zaman qırmızı rəng alır. Toxumları 2 mm uzunluğunda, 1 mm enində armud formalı, parıldayan və hamardır. 1000 ədəd toxumun ağırlığı 0,9 qramdır. İyun-iyul aylarında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvəsi yetişir.

Ekologiyası Rütubətə, torpağa tələbkar deyil.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi Dekorativ xüsusiyyətlərə malik olub, yaşıllaşdırmada geniş istifadə olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları