Amsar — Azərbaycan Respublikasının Quba rayonunun Amsar kənd inzibati ərazi dairəsində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir.

Tarixi XIX əsrin birinci yarısında Quba xanlığına daxil idi. Məşhur tarixçi, alim, şair, yazıçı, pedaqoq və ictimai xadim Abbasqulu ağa Bakıxanov gənclik illərində və hərbi qulluqdan istefaya çıxdıqdan sonra burada yaşamışdır"Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M.Babayev, Bakı, "Maarif", 1993, səhifə 11..

Toponimikası Amsar/Əmsar oyk., sadə. Amsar əslində Əmsər sözündəndir. Abbasqulu bəy Bakıxanovun əsərlərində əmsər deyə anlandırılır. ƏMSƏR SÖZÜ ƏM Ərəb dilində bulaq Sər Tat dilində baş deməkdir. Bulaq başı deməkdir. RUAzərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Mədəniyyəti Kənddə Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi, bir mədəniyyət evi, iki orta məktəb, bir uşaq bağçası vardır.

Coğrafiyası və iqlimi Kəndin ərazisinnən Ağçay çayı keçır.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2629 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Amsar kəndi ərazisində olan Balbulaq və Əmrəlibulaq turizm obyektləri xidmət göstərir.

Həmçinin bax Quba rayonu Amsar kənd tam orta məktəbi Quba rayonu

Xarici keçidlər

azerbaijanphoto.com saytındakı şəkilləri Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri