() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Qərbi Çində yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 0,8–1,2 m-dir, çətri yarımyumrudur, eni 2 dəfə çoxdur, tez böyüyən, həmişəyaşıl koldur. Çoxsaylı zoğları vardır. Qabığı sarı-ağ, bir az yarıqlıdır, iynələrinin uzunluğu 2 sm-ə qədərdir. Yarpaqları növbəli, ellipsvaridir, uzunluğu 2–3 sm-dir, kənarları burulmuş, tərs-yumurtavarı, xırda dişlidir, üstdən parlaq tünd-yaşıl, alt tərəfdən ağ rənglidir. Zəngvari çiçəkləri çoxsaylı, xoş qoxulu, salxımvarı çiçək qruplarına yığılmışdır. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı, sarı rəngli çiçəkləri olur. Qırmızı, parlaq, uzunsov meyvələri, payızın əvvəlində yetişir, uzun müddət tökülmür.

Ekologiyası Parlaq yaz günəşinə görə yarımkölgəyə üstünlük verir. Torpaqların bütün tiplərinə dözür, quru və nəmişli, zəif turş və qələvi torpaqlarda yaxşı inkişaf edir. Soyuğa, quraqlıq dövrlərə, şəhər şəraitinə, küləyə davamlıdır.

Azərbaycanda yayılması Son dövrlərdə Bakı şəhərində yaşıllıqlarda rast gəlinir.

İstifadəsi Yavaş boy artımına və dekorativ görünüşünə görə bu növ alpinarilərdə, bağlarda istifadə edilə bilər. Alçaq canlı çəpərlər üçün yararlıdır, yeməlidir.

Sinonimləri

Homotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1904-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Çin florası