() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. 1832-ci ildə Londonda Mədəni Bitkilər Cəmiyyətinin katibi Corc Sabininin şərəfinə adlandırılmışdır.
Arealı Vətəni Şimali Amerikadır.
Botaniki xarakteristikası Orta hündürlükdə, çoxaylı gövdəyə malik ağacdır. Budaqları qısa olub, müxtəlif tərəflərə əyilmişdir. Qabığı boz-qonur, qalın, dərin qırışlıdır. Zoğları nazik, mavi-yaşıl rəngli, çılpaq və qırışlıdır. Tumurcuqları xırda, silindrik olub, uzunluğu 1,5–2 sm-dir. Qatranlı, qabıqların kənarları məxməri, açıq-qonurdur. İynəyarpaqların 3 ədədi bir yerə birləşmiş, bir-birindən aralı və sallaqdır, budaqların üzərində 3 ilə qədər qalır. Açıq mavi-yaşıl rəngli olub, uzunluğu 20–30 sm və eni 1,5 mm-dir, kənarları dişlidir, qatran kanalları parenximdə yerləşir. Qozaları iridir, uzunluğu 15–20 və eni 10–15 sm-dir. Toxumların saplaqları əyilmiş formadadır, qırmızı-qonur rəngdədir, uzunluğu 3–4 sm, qanadın uzunluğu 1 sm-dir. Cavan zoğları tez böyüyür, kölgəyə soyuğa və quraqlığa davamlı istisevən ağac cinsidir. Çimləşmiş gillicəli torpaqlarda yaxşı bitir. Dekorativ ağacdır. Qruplarda və ya açıq sahələrdə tək əkinlərdə istifadə edilir.
Azərbaycanda yayılması Azərbaycanda Abşeronda, Lənkəranda, Gəncədə, Astarada becərilir.
Sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Çərəzlər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları