Əhməd Həmdi Qaraağazadə () — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü , Müsavat və bitərəflər fraksiyasının üzvü. Bolşevik işğalından sonra mühacirət etmişdir.
Həyatı Əhməd Həmdi Qaraağazadə Batum şəhərində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə İstanbula köçmüş, burada türk dilində təhsil almış, paralel olaraq da fransız dilini də öyrənmişdir. 1917-ci ildə İstanbuldan Bakıya gəlmiş və "Açıq Söz" qəzeti nəşriyyatında gürcü dilindən Azərbaycan dilinə tərcüməçi işində işləməyə başlamışdır. Bu proses zamanı Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq əlaqələri qurmuşdur.
Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər üçün Müsavat Partiyası və Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin vahid 10 nömrəli siyahısı üzrə 15-ci sırada namizəd göstərilmişdir. O, deputat seçilə bilməsə də Zaqafqaziya Seymi yaradılarkən deputat seçilmişdir. O, həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin üzvlərindən biri olmuşdur. Uzun müddət "İstiqlal" qəzeti üçün jurnalist kimi çalışmışdır. O, həmçinin, Azərbaycan Milli Şurasının da üzvü olmuş, Aprel işğalından sonra Türkiyəyə mühacirətə getmişdir. Mühacirətdə olduğu zaman Yeni Qafqaziya jurnalında çalışmışdır.
Rəsulzadə onun ölümü ilə əlaqədər yazırdı:
Ölümü O, 40 yaşı olmamış Türkiyədə vəfat etmişdir. Məhəmməd Əmin Rəsulzadə onun ölümünü böyük itki adlandırmaqla birlikdə, onu "mühacirətin ilk qurbanı" adlandırmışdır.
İstinadlar
Mənbə
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Azərbaycan aktivistləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan gürcüləri