Onurğa beyini (, () — çeçələ barmaq yoğunluğunda öndən arxaya doğru yastılaşmış silindr şəklində zolağabənzər üzv. Onurğa kanalında yerləşmişdir. Bunun yuxarı ucu uzunsov beyinə keçir, aşağı ucu isə nazikləşərək adını daşıyır.

Ümumi məlumat Onurğa beyni aşağı sinif onurğalılarda uzun zolaq şəklində olur və uzunluğu onurğanın uzunluğuna müvafiq gəlir. Sümüklü balıqlardan () başlayaraq onurğa beyni qısalmağa başlayır. Quyruqsuzlarda () və məməlilərdə () onun kaudal ucu nazik sap şəklini alır, belə ki, onurğa kanalının kaudalhissəsini bel və oma sinirlərinin kökləri tutur; bunlar at quyruğu adlanan törəməni təşkil edir. Onurğa beyni ilə onurğa kanalının uzunluğunda olan fərq məməlilərdə xüsusilə nəzərə çarpır.

Bir çox heyvanlarda onurğa beyni, ətrafların gövdədən başladıqları yerlərə müvafiq olaraq, iki qalınlaşma əmələ gətirir: boyun və bel qalınlaşmaları. Bu hal xüsusilə quyruqsuzlarda, tısbağalarda (), quşlarda və məməlilərdə inkişaf edir. ayaqsız amfibi və kərtənkələlərdə, ilanlarda onurğa beyninin qalınlaşmaları olmur.

Dəyirmiağızlarda () onurğa beyninin ağ maddəsi mielinsiz liflərdən təşkil olunur. Qanqlioz hüceyrələr tədricən onurğa beyninin mərkəzi kanalı ətrafındatoplaşmağa başlayır və boz maddəni əmələ gətirir. Balıqlarda hələ boz maddə ağ maddədən kəskin surətdə ayrılmır; amfibilərdə dorzal boz sütunlar (buynuzlar) hələ zəif inkişaf etmiş olur; ventral boz sütunlar isə yaxşı gözə çarpır; kərtənkələlərdə () və məməlilərdə boz maddə sütunları yaxşı inkişaf etmiş olur; bunun nəticəsində onurğa beyninin ağ maddəsi ventral (ön), dorzal (arxa) və yan ciyələrə bölünür. Onurğa beynində sinir hüceyrələri çıxıntılarının miqdarı artdıqca mərkəzi kanalın divarları qalınlaşır, onun mənfəzi xüsusilə dorzal hissədə daralır.

Məməlilərdə onurğa beyni əsas bir xüsusiyyətə malikdir; aşağı sinifdən yuxarı sinfə qalxdıqca, beyinin çəpgən hissəsinin tədricən artması ilə əlaqədar olaraq, ön və yan piramid yollarını təşkil edən sinir liflərinin miqdarı çoxalır, deməli, yarımkürələrin qabığının əzələlərin işinə olan təsiri artır. Məsələn itdə həmin liflərin miqdarı onurğa beyninin ağ maddəsinin təxminən 10%-ni təşkil edirsə, meymunlarda 20%, insanda isə, demək olar ki, 30%-ni təşkil edir.

Quruluşu Vəzifə etibarilə onurğa beyni boyun gövdə və ətraf əzələlərinin avtomatik tənziminin mərkəzi üzvü hesab olunur, morfoloji və fizioloji cəhətcə beyinlə sıx rabitədədir və onun fəaliyyəti beyin qabızının başçılığı altındadır. Onurğa beyninin yuxarı hüdudu uzunsov beyin çarpazının aşağı ucu (birinci boyun sinirinin çıxan yeri) bərabərində, skletə nisbətən atlasın yuxarı kənarı bərabərliyində və aşağı hödudu 1–2-ci bel fəqərələri səviyyəsində olur.

Onurğa beyni onurğa kanalının əyriliklərinə müvafiq olaraq boyun və döş nahiyələrində əyilmişdir. Bunun uzunluğu orta hesabla kişilərdə 45 sm. qadınlarda isə 43 sm olur. Onurğa beyninin uzunluğu onurğanın uzunluğuna olan nisbəti daimi deyildir; orta hesabla onurğanın uzunluğunun onurğa beyninin uzunluğuna olan nisbəti 100:64 olan nisbəti kimidir. Onurğa beyninin sagital ölçüsü frontal ölçüsündən kiçikdir. Həcmi 33 sm³ və en kəsiyinin səthi orta hesabla 63 mm²-ə bərabərdir. Onurğa beyninin çəkisi yetişmiş şəxslərdə 30 q və yenidoğulmuşlarda 6–7 q olur; bədən çəkisinə olan nisbəti 1: 1848 olan nisbətinə (yenidoğulmuşlarda isə 1:851 nisbətinə) bərabərdir. Onun çəkisi (yenidöğulmuşunkuna nisbətən) bir yaşında iki dəfə, beş yaşında üç və həddi-bbüluğ dövründə 4–5 dəfə artmış olur.

Onurğa beyni onurğa kanalında yerləşərək onurğanın hərəkəti zamanı yerini bir qədər yuxarıya doğru dəyişir; deməli onurğa beyni onurğa kanalında hərəkətli bir surətdə fiksasiya olunmuşdur. O, onurğa kanalını tamamilə tutmamışdır; əgər onurğa beyninin en kəsiyinin səthi 63 mm² təşkil edirsə, onurğa kanalının en kəsiyinin səthi 254 mm²-ə bərabərdir; beləliklə onurğa kanalında onurğa beyninin tutduğu yerdən başqa artıq sahə qalır; buranı onurğa beyni qişaları, damarlar və beyin-onurğa beyin mayesi tutur. bu sahə onurğa beyninin hərəkət etməsinə şərait yaradır. Onurğa beyninin yerdəyişmə dərəcəsi fiksasiya aparatına aid olan dişli bağlar () ilə məhdudlaşır. bu bağlar (19–23 cüt) onurğa beyninin yumşaq qişasından ayrılmış törəmədir. Onlar bir tərəfdən sərt qişaya, digər tərəfdən isə onurğa beyninin ön və dal kökləri arasında yumşaq qişaya bağlanmışdır. Onurğa beyninin fiksasiyasında sərt qişanın özü, hörümçək torunabənzər və yumşaq qişaların bağ aparatı (subaraxnoidal arakəsmələr, dişli bağlar), uzunsov beyin, uc sap və onurğa beyni damarları iştirak edir. Topoqrafiya cəhətcə onurğa beyni üç hissəyə bölünür: boyun hissə – , döş hissə – və bel hissə – . Bunların qalınlığı eyni deyildir; boyun və bel hissədə qalınlaşmalar vardır: Boyun qalınlaşması – – II boyun fəqərəsi ilə II döş fəqərəsi arasında. Boyun qalınlaşmasının ən qalın hissəsi V–IV boyun fəqərələri bərabərliyində olur. Bel qalınlaşması – – IX–X döş fəqərəsi ilə I ya II bel fəqərələri arasında olur. Bu qalınlaşmaların əmələ gəlməsi, onurğa beyninin ətrafında gedən sinirlərə müvafiq seqmentlərində sinir hüceyrələrinin çoxluğu ilə izah olunur.

Onurğa beyni iki maddədən təşkil olunmuşdur: xaricdən ağ maddə – və daxildə boz maddə – . Onurğa beyninin ön və arxa səthlərində orta xətdə birər boylama şırım vardır. Bunlardan öndəki ön orta yarıq – və arxadakı dal orta şırım – adlanır. Ön yarıq dal şırıma nisbətən dərindir. Bunlar onurğa beynini iki simmetrik hissəyə bölür. Ön orta yarığa və dal orta şırıma paralel olaraq onurğa beyninin yan sahələrilə digər iki şırım da gedir; bunlardan qabaqdakına ön yan şırım – , daldakına dal yan şırım – deyilir. dal yan şırım öndəkindən daha zəif gözə çarpır. Qey olunan şırımların vasitəsilə onurğa beyninin hər yarısının ağ maddəsi üç ciyəyə bölünür: ön, yan və dal ciyələr; bunlardan ön ciyə – ön orta yarıqla ön yan şırım arasında, yan ciyə – ön yan şırımla dal yan şırım arasında və dal ciyə – dal yan şırımla dal orta şırım arasında yerləşir. dal ciyə boyun və yuxarı döş nahiyəsində zəif bir şırım – dal ara şırım – iki dəstəyə ayrılır; bunlardan bayır tərəfdəkinə pazabənzər dəstə – , içəridəkinə isə nazik dəstə – deyilir. Onurğa beyninin yuxarı hissəsində bu dəstələrdə daha artıq gözə çarpır. Onurğa beyninin ön yan şırımında ventral (ön) kök – , dal yan şırımından isə – arxa ya dal kök – xaric olur. Ventral köklər hərəki, arxa köklər hissi liflərdən təşkil olunmuşdur. Arxa köklər əslində onurğa beyninə daxil olur və onurğa beyni qanqlionlarının yalançı unipolyar hüceyrələrinin neyritlərindən əmələ gəlmişdir. Ventral və arxa köklər fəqərəarası dəliklərə doğru gedir; burada arxa kök qalınlaşma onurğa beyni qanqlionunu – təşkil etdikdən sonra ventral köklə birləşir və hər tərəfdə bir ədəd onurğa beyni siniri – əmələ gətirir. Onurğa beyninin sinirlərinin miqdarı 31 cütdür; bunlardan 8 cütü boyun – , 12 cütü döş – , 5 cütü bel – , 5 cütü oma – və 1 cütü büzdüm siniri – adlanır.

Onurğa beyninin aşağı ucu – uc sap – deyilən törəməyə keçir. Uc sap onurğa beyni konusundan başlayaraq II büzdüm fəqərəsinin sümüküstlüyünə çatır və burada tamam olur. Bunun yuxarı hissəsi sərt qişa kisəsi daxilində, aşağı hissəsi isə xaricində yerləşir. Uc sapın yuxarı hissəsi II bel fəqərəsindən II oma fəqərəsinədək uzanır; uzunluğu 15 sm-dir, özü də onurğa beyninin rudimentini təşkil edir. Onun aşağı hissəsi () onurğa beyni qişalarının ardını təşkil edir, uzunluğu 8 sm-ə çatır və aşağıda II büzdüm fəqərəsinə bitişir.

Onurğa beyni qişaları

Onurğa beyni xaricdən daxilə doğru üç qişa () ilə əhatə olunmuşdur: 1) onurğa beyninin sərt qişası – ; 2) onurğa beyninin hörümçək torunabənzər qişası – və 3) onurğa beyninin yumuşaq qişası – .

Sərt qişa Onurğa beyninin sərt qişası – sərt birləşdirici toxumadan təşkil olunmuş uzun və geniş bir kisə şəklindədir;

Hörümçək torunabənzər qişa Hörümçək torunabənzər qişa – damarsız nazik birləşdirici toxuma qişadır;

Yumşaq qişa Yumşaq qişa – bir-birilə çarpazlaşmış kollagen və argentofil (gümüş duzalrı ilə boyanan) birləşdirici toxuma liflərində təşkil olunmuşdur;

Ağ və boz maddəsi Onurğa beyni qeyd olunduğu kimi xaricdən ağ maddə – və daxildən boz maddə – təşkil olunmuşdur. Biz maddə onurğa beyninin hər yarısında boy uzunu iki sütun əmələ gətirir: ön boz sütun – və dal boz sütun – . Onurğa beyninin sağ yarısında olan boz maddə sol yarısındakı boz maddə ilə atma – mərkəzi ara maddə – vasitəsilə birləşmişdir; bunun mərkəzində sinir borusu mənfəzinin qalığı hesab olunan mərkəzi kanal – yerləşmişdir. Bu kanal adi gözlə çox çətinliklə görünür və mərkəzi aramaddəni ön və dal hissəyə bölür; bunlara ön boz bitişmə – və dal boz bitişmə – deyilir. Onurğa beyninin mərkəzi kanalı yuxarıda IV mədəciklə birləşir, aşağı ucu isə uc sapın yarısınadək çatır və büzdüm siniri kıklərinin başlandığı yerdə bir genişlik təşkil edir: bina uc mədəcik – deyilir; bu mədəciyin ön-arxa ölçüsü 0,8–1,0 mm-ə, eni 0,5–1,0 mm-ə bərabərdir. Mərkəzi kanal daxildən ependim hüceyrələri ilə örtülüdür, forması hər nahiyyədə eyni deyildir; en kəsiyi oval şəkildə və ya girdə olur. Yaşa dolduqca mərkəzi kanalın mənfəzi müxtəlif nahiyyələrdə tutulur. 40 yaşından sonra cəmi 7% hallarda mərkəzi kanalın mənfəzi bütün boyu uzunu açıq qalır (V. P. Kurkovski).

Boz maddə

Boz maddə onurğa beyninin en kəsiyində "H" hərifinə, ya kəpənəyə bənzəyir: ön boz sütununun en kəsiyinə ön buynuz – və dal boz sütununun en kəsiyinə dal buynuz ß deyilir. Dal buynuz ön buynuzdan uzun və nazikdir. Onurğa beyninin orta hissəsində VIII boyun, I–XII döş və I–III bel seqmentləri səviyyəsində mərkəzi ara maddə yanlara doğru çıxaraq yan ara maddəni – (yan boz sütunu – ) əmələ gətirir. yan ara maddənin en kəsiyinə yan buynuz – deyilir. Burada olan sinir hüceyrələri yığıntısı simpatik sinir sisteminin mərkəzini təşkil edir və adlanır. boyun nahiyəsində ön və dal, döş nahiyəsində dal və yan buynuzlar arasında ağ maddə daxilində nazik boz maddə atmaları yerləşmişdir; bunlar bir-birilə çarpazlaşaraq adlanan tor törəmə əmələ gətirir. Ön buynuz böyük hərəki sinir hüceyrələrindən təşkil olunmuşdur; bu hüceyrələrin aksonları onurğa beyninin ön-yan şırımından xaric olub ventral kökləri təşkil edir. Ön buynuzu təşkil edən hüceyrələr beş yığıntı (nüvə) əmələ gətirir; bunlardan ikisi bayır (ön və dal), ikisi içəri (ön və dal) və biri də mərkəzi nüvə adlanır. Dal buynuz nisbətən kiçik hüceyrələrdən təşkil olunmuşdur; bu hüceyrələr dal kökləri təşkil edən aksonlala rabitədə olur. Dal buynuzun öndən arxaya doğru düzülmüş əsası (kökü) – posterioris, boynu – , başı – və tamamilə dalda yerləşmiş zirvəsi – vardır. Dal buynuzun zirvəsi jelatinəbənzər maddə – ilə örtülmüşdür. bu maddə daxilində bir sıra kiçık sinir hüceyrələri vardır; bunlar öz çıxıntıları vasitəsilə onurğa beyninin müxtəlif seqmentlərini bir-birilə birləşdirir. Jelatinəbənzər maddə arxa tərəfdən süngəri məntəqə – adlanan qliya toru ilə əhatə olunmuşdur. Bu torda da sinir hüceyrələri vardır; bunlar öz çıxıntıları vasitəsilə bir ya iki qonşu seqmentlər arasında rabitə yaradır. Süngəri maddəni arxadan əhatə edən ağ maddəyə hüdudi məntəqə – deyilir. Dal buynuzun əsasının içəri tərəfində VIII boyun və II bel seqmentləri arasında bir qrup böyük sinir hüceyrələri yerləşmişdir; bunlara döş nüvəsi – deyilir. dal buynuzun mərkəzində olan sinir hüceyrələri onun öz xüsusi nüvəsini – təşkil edir. dal buynuzun orta hissəsi bir tərəfdən ağ tor maddə – deyilən cizgili kütlə səfhəsi ilə əhatə olunmuşdur.