Murad bəy Zübeyir bəy oğlu Teymurxanov () — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2 cilddə. Təkmilləşdirilmiş 2-ci nəşr. 2-ci cild, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2014, səh. 396
Həyatı Murad bəy Teymurxanov 1899-cu il yanvarın 3-də Dağıstan vilayətinin Temir-Xan-Şura dairəsinin Aşağı Qazanış kəndində qumuq əsilzadə ailəsində anadan olmuşdur. Atası Məhəmmədzübeyir (Zübeyir) Teymurxanov Dağıstanın tanınmış ictimai-siyasi xadimi və Şimali Qafqaz Dağlılar Respublikasının rəhbərlərindən biri olmuşdur.
Murad bəy 1906-cı ildə Temir-Xan-Şura real məktəbinə daxil olmuş və 1918-ci ildə oranı bitirmişdir.
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xaricə tələbə göndərmək qərarına əsasən, təhsilini davam etdirmək üçün müraciət etmişdir. Maarif naziri Rəşid xan Qaplanovun dəstəyi ilə bir neçə qumuq gənci – o cümlədən Zaur bəy Daqirov, Zəkəriyyə Xiromanov və Murad Teymurxanov – xaricdə təhsil almaq üçün seçilmişdir. Azərbaycan Parlamenti tərəfindən Almaniyanın Karlsrue şəhərindəki Ali Texniki Məktəbdə (indiki Karlsrue Texnologiya İnstitutu) gəmiqayırma və ya dağ-zavod işi üzrə təhsil almağa göndərilmişdir.
Təhsilini başa vurmazdan əvvəl, 1919-cu ilin iyulunda Azərbaycan Xalq Maarif Nəzarətinin dəftərxanasında idarə qulluqçusu kimi fəaliyyətə başlamışdır. Bir müddət sonra maarif naziri Rəşid xan Qaplanovun əmri ilə kargüzar köməkçisi vəzifəsinə keçirilmişdir. Həmçinin Bakı Politexnik Məktəbində xüsusi fənlərdən dərs demək üçün dəvət almış, lakin hərbi xidmətlə bağlı iş yükü səbəbindən bu təklifdən imtina etməli olmuşdur.
1919-cu ilin noyabrında Azərbaycan təbəəliyini qəbul etmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra o, bir müddət SSRİ-yə qayıtmış, lakin 1920-ci illərin sonunda yenidən xaricə mühacirət etmişdir. Onun mühacirətə getməsində ailəsinin, xüsusən də atası Zübeyir bəyin sovet rejimi tərəfindən təqib olunmasının böyük rolu olmuşdur.
1940-cı ildə SSRİ dövlət təhlükəsizlik orqanlarının (XDİK) apardığı istintaq materiallarında Murad bəyin Almaniyada yaşadığı və siyasi fəaliyyətlərdən uzaq durmağa çalışdığı qeyd olunur. Dostu Lətif Qədiminin istintaq ifadələrinə görə, Murad bəy siyasətlə maraqlanmayan, peşəkar mühəndis kadr kimi tanınmışdır.
Onun ölümü və dəfn yeri haqqında dəqiq məlumatlar yoxdur (bəzi mənbələr 1937 və ya 1952-ci illəri göstərsə də, bu məlumatlar ziddiyyətlidir).
Həmçinin bax
Cümhuriyyət tələbələri Azərbaycan Xalq Cümhuriyyəti
Mənbə
İstinad siyahısı
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Qumuqlar