Xucbala — Azərbaycan Respublikasının Quba rayonunun Xucbala kənd inzibati ərazi dairəsində kənd. Ərazi vahidliyinə Xucbala, Çartəpə, Orta Xuc, Aşağı Xuc və Digah kəndləri daxildir. Toponimikası Xucbala oyk, mür. Qusar maili düzənliyindədir. Keçmiş adı Yuxarı Xuc olmuşdur. Oykonim Xuc (qıpçaqların kuç tayfa adını əks etdirən etnotoponim) və bala (kiçik) komponentlərindən düzəlib, "kiçik Xuc kəndi" mənasındadır. Buradakı bala komponenti yaşayış məntəqəsini Orta Xuc və Aşağı Xuc kəndlərindən fərqləndirməyə xidmət edir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Xucbala kənd cəmiyyəti tərkibinə daxil olan Xucbala kəndində 56 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 495 nəfər (248 nəfəri kişilər, 247 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1480 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Coğrafiyası 200x200px|thumb|Xucbala kənd mədəniyyət evi Xucbala kəndi Quba–Qusar yolunun 9-cu kilometrliyində yerləşir.

Din Kənddə Xucbala kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .

Xucbala kəndinin tanınmış ziyalıları haqqında İbrahimov Cəfər Müzəffər oğlu (1904–1977) — Xızı rayon Partiya Komitəsinin birinci katibi, Quba rayon ZDS İcraiyyə komitəsinin sədri, 30 minçilər hərəkatının iştirakçısı, qabaqcıl kolxoz sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Quba şəhər Sovetinin 14 il fasiləsiz sədri işləmişdir. Vəfat etmişdir İbrahimov Mehman Cəfər oğlu — Quba rayon Partiya Komitəsinin ikinci katibi, rayonun ən böyük sovxozu Zərdabi adına sovxozun direktoru, 1999–2004-cü illərdə Quba rayon İcra Hakimiyyətinin Başçısı işləmişdir, iqtisad elmləri namizədi.

Qalereya

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri