Krimski Aqafangel Yefimoviç (; ; ) — Ukrayna yazıçısı, şərqşünas, akademik (1918). Əslən Krım tatarıdır.
Həyatı 1892-ci ildə Moskvadakı Lazarev Şərq Dilləri İnstitutunu, 1896-cı ildə Moskva Universtitetinin tarix fakültəsini bitirmişdir. Şərq xalqlarının tarix və mədəniyyətinə dair bir sıra əsərlərin müəllifidir.
60-a yaxın dil bilən Aqafangel Krımski dünyanın ən görkəmli şərqşünaslarından biri, etnoqraf və yazıçı idi. O, Ukrayna Elmlər Akademiyasının təşkilatçılarından (1918) biri və tarix-filologiya bölməsinin katibi, sədri, Şərqşünaslıq İnstitutunun direktoru (1921–1929), Kiyev Universitetinin professoru olmuşdur. Ərəb, türk, fars dillərini və ədəbiyyatlarını, habelə Ukrayna dili, tarixi və mədəniyyətini tədqiq etmişdir. A. Krımski "Müsəlmanlığın tarixi", "Ərəblərin və ərəb ədəbiyyatının tarixi", "İranın və onun ədəbiyyatının tarixi", dördcildlik "Türkiyə və onun ədəbiyyatının tarixi" əsərlərinin müəllifi, Quranın və Ömər Xəyyam, Rudəki və digər Şərq klassiklərinin əsərlərinin Ukrayna dilinə tərcüməçisi və naşiridir.
Şərq tarixini ümumdünya tarixinin bir hissəsi kimi tədqiq edən ilk rus şərqşünasıdır. Azərbaycanşünaslığa dair qiymətli tarixi və filoloji əsərlər yazmışdır: "Nizami və müasirləri", "Şimali yaxud Qafqaz Azərbaycanı (klassik Albaniya) tarixindən səhifələr. Şəki" və s.
Biblioqrafiya Крымский А. Е. Очерк развития суфизма до конца III в. Хиджры. — СПб., 1895. (Тр. Восточной Комиссии Имп. Московского Археолоического Общества. — М., 1895. — Т. 2.) Крымский А. Е. Лекции по Корану. — М., 1902. Крымский А. Е. История мусульманства: В 3 ч. — М., 1903–1904. Крымский А. Е. История Турции и её литературы: В 2 т. — М., 1910–1916. Крымский А. Е. История арабов и арабской литературы светской и духовной: В 3 ч. — М., 1911–1913; В 2 т. — 1918. Крымский А. Е. История Персии, её литературы и дервишской теософии: В 3 т. — Изд., перераб. совместно с Н. Фрейтагом. — М., 1909–1917. Крымский А. Е. История новой арабской литературы. — М., 1971. Крымский А. Е. Низами и его современники: [К 840-летию Низами Гянджеви] / А. Е. Крымский; [Вступит. статья Г. Алиева, с. 5–20]. — Баку: Элм, 1981. — 487 с.
Mənbə Гринченко Б. Крымский как украинский писатель // Киевская старина. — Киев, 1903. — С. 115–136. Кищенко И. Последний аргумент академика Крымского. Документальный рассказ // Зеркало недели. — 1995. — № 15 (28). — 15–21 апреля. Львівське філателістичне товариство імени Агатангела Кримського // Галфілвісник. — 2003. — Інтернет-випуск ч. Е3 (37). Сюндюков И. Посвятил себя Украине. Жизнь академика Агатангела Крымского: подвиг ученого и гражданина // День. — 2007. — № 194. — 9 ноября.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər "Первый украинский востоковед" — статья на сайте Центра информации и документации крымских татар Страница за 15 января с информацией об Агафангеле Крымском на сайте "День в истории глазами филателиста"
Kateqoriya:Şərqşünaslar Kateqoriya:SSRİ ərəbşünasları Kateqoriya:İranşünaslar Kateqoriya:Türkoloqlar Kateqoriya:Repressiya qurbanları Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Ukrayna tərcüməçiləri Kateqoriya:SSRİ türkoloqları Kateqoriya:Osmanlışünaslar Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Ukrayna etnoqrafları Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar Kateqoriya:İslam tarixçiləri Kateqoriya:Rusiya imperiyası türkoloqları Kateqoriya:Poliqlotlar