Adəmin yaranması filmi rejissor Yuri Pavlov tərəfindən 1993-cü ildə ekranlaşdırılmışdır. Kinopovest ilahi məhəbbət haqqındadır. Film "Cavanşir Kamandar" kinostudiyası (Borçalı) və "Neva" kinostudiyası (Sankt-Peterburq) tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Saulyus Balandis, Sergey Vinoqradov, İrina Metlitskaya, Anjelika Nevolina, Aleksandr Strijenov, Yuri Ovsyanko, İlya Şakunov və Aleksey Palçek ifa edirlər.
Məzmun Film Andreylə onun qoruyucu mələyi Filippin münasibətlərindən bəhs edir. Andrey Filippin mələk olduğunu bildikdə ona inanmır və ondan qaçır. Sonda mələk həmişəlik yoxa çıxır.
Film ilahi məhəbbət haqqındadır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.164
Festival və mükafatlar 1993-cü ildə Sankt-Peterburqda "Bəyaz Gecələr" devizi altında keçirilən "Festivallar Festivalı" beynəlxalq kinofestivalı filmə kino tənqidçilərinin Prizi verilmişdir. 1994-cü ildə ABŞ-nin San-Fransisko şəhərində "Tamaşaçı prizi" almışdır.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Vladimir Maslov, Vitali Moskalenko Rejissor: Yuri Pavlov Operator: Sergey Maçilski Rəssam: Mixail Suzdalov Bəstəkar: Andrey Siqle Prodüser: Cavanşir Kamandar, Anatollu Qasımov
Rollarda Saulyus Balandis — Andrey Sergey Vinoqradov — qoruyucu mələk Filipp İrina Metlitskaya — Nina Anjelika Nevolina — Nataşa Aleksandr Strijenov — Oleq Yuri Ovsyanko — istitut direktoru İlya Şakunov — "Əkiz" Aleksey Palçek — Pritsker
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1993-cü ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı
İstinadlar
Kateqoriya:1993-cü ilin filmləri Kateqoriya:1993-cü ilin Azərbaycan filmləri Kateqoriya:Rusiya filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Rusiyanın dram filmləri