Rudbar mahalı — tarixi-coğrafi ərazilərdən biri.

Tarixi Rudbar adının İran İslam Respublikasının Gilan bölgəsindəki Rudbar şəhəri ilə əlaqəsinin olduğu ehtimal edilir. Hazırda həmin şəhərin əhalisinin əksəriyyəti tatlardır. “Rudbar” fars dilində “çay kənarı” deməkdir. Kür çayının kənarında yerləşən kəndləri əhatə etdiyi üçün belə adlandırılmışdır.

Abbasqulu ağa Bakıxanovun da qeyd etdiyi kimi, Rudbar bəyləri ilə Dağıstan feodallarının qohumluq əlaqələri vardı. Qubalı Fətəli xanın Rudbar və Salyan mahallarına meyil etməsi bu qohumluq əlaqələrindən irəli gəlirdi. Quba bölgəsində tat əhalinin sayının artması da məhz Rudbar ailəsinin hakimiyyətdə olması ilə əlaqədardır. Maraqlıdır ki, Şirvanın Rudbar mahalındakı bütün kəndlərin əhalisi türk dilində danışırdılar. XVII-XVIII əsrlərdə Rudbar mahalındakı Cavad kəndi şəhər kimi də tanınmışdır. Əslində Səfəvilər dövründə Salyan və Rudbar mahallarının tarixi bir-biri ilə sıx bağlı olub, qohum bəylər tərəfindən idarə olunub.

Rudbar bəylərinin Şirvan xan ailəsi ilə də qohumluq əlaqələri olmuşdur. Belə ki, Şirvan xanı Ağası xanın bacısı Qızana xanım Rudbar bəylərindən Şərif bəyin oğlu Cəfər ağa ilə evlənib. Onların izdivacından bir qızları – Xasə xanım dünyaya gəlib. Xasə xanım isə Axtaçı bəylərindən Hacı Əbdülkərimin oğlu Yolçu bəylə evlənib. Rudbar mahalında Axtaçı kəndinin oturaqlaşması da məhz bu izdivacla əlaqədar olmuşdur. Şirvan xanı Ağası xanın oğlu Cəfər bəy də 1810-cu ildə Rudbar bəylərindən Gəray bəyin qızı Soltan bikə ilə evlənmiş, Kərim bəy, Cavad bəy, Nuh bəy adlı oğlanları, Ümmisələmə xanım və Zabitə bəyim adlı qızları doğulmuşdur. Soltan bikə Sabirabaddakı Baba Səməd qəbiristanlığında dəfn edilmişdir. Şirvan xanları ilə əmioğlu olan Şıxəli bəyin oğlu Şahbaz bəy (1803-1836) də Rudbar mahalının naibi Darğa Məhəmməd xanın qızı Cahanbanu bikə ilə evlənib. Onların nəsli uzun müddət Ağsu rayonunun Bico(v) kəndində yaşamışdır.

Sabirabad, Saatlı, Neftçala və Hacıqabul rayonlarının ərazisində mövcud olmuşdur.

Mahalın naibi Darğa Məmməd xan idi.

Əhalisi

1821-ci ildə 19 kənddə (Cavad, Dabbaqlar, Bəlvan, Qaralı, Yenikənd, Qazılı, Əhmədbəyli, Quruzmanlı, Abdulyan, Yenicə, Mustafalı, Axtaçı, Meynimən, Kovratlı, Surra Atamoğlan, Surra Ağabədəl, Surra Məmməd, Surra Abdulla bəy, Əlimədətli) 422 ailə yaşayırdı.

1)Şirvan əyalətinin Rudbar mahalı əhalisinin kəndlər üzrə yerləşməsi (1820-ci il).

Sıra sayı KəndlərƏhali/ailələrlə1Cavad922Bəlvan103Davağlar44Qoralar155Yenikənd396Qəzili587Əhmədbəyli48Quruzmanlı229Abdulyan4910Yenicə511Mustafalı1612Axtaçı513Meyniman914Həzrət5115Surra-Ağamoğlan716Surra-Ağabədil817Surra-Məmməd518Surra-Abdulla bəy23Cəmi18422

Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub.

2)Şirvan əyaləti Rudbar mahalı əhalisinin kəndlər üzrə yerləşməsi (1831-ci il)

Sıra sayı KəndlərHəyətlərin sayı Kişi cinsli əhali (nəfərlə)1Kavratlı932562Meyneman12263Mustafalı9214Axtaçı6145Əli-Mədətli6186Yeni donlu17377Abdulyanlı651888Əhmədbəyli269[Qunızmanlı]338710Qəzili6215911Yenikənd4612512Surra5211013Qaralar195014Bəlvan-Dabaqlar162615Cavad86238Cəmi155241361

Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub.АRDТА, fond 24, siy.1, iş.347, vər.5

İqtisadiyyat Rudbar mahalının sakinləri əkinçilik və baramaçılıqla məşğul olurdular.

Mənbə Дренякин И.Т. Описание Ширвана. 1796 г.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax Şirvan xanlığı Muğan mahalı Cavad qəzası Cavad

Kateqoriya:Mahallar Kateqoriya:Şirvan xanlığının mahalları Kateqoriya:Cavad xanlığının mahalları Kateqoriya:Cavad xanlığı