Winx Club — İginiyo Straffi tərəfindən yaradılan animasiyalı İtalyan cizgi filmi. Yaradıcı şirkəti isə Reynbou S.p. A-dır. İlk seriyasını 28 yanvar 2004-də ekrana buraxıb. Rəsmi kanalları Rey2 və ReyQalp olmuş, 5-ci fəsil isə Nikeledeon uşaq kanalında izlənilmişdir. Dünya üzərində 131 ölkədə izlənmiş və 14 dilə tərcümə olunmuşdur.

Vinks klubun əsas pəriləri Blum –Qırmızı saçlı pəridir. Cizgi filmin baş rolunda çıxış edən pəri olaraq güclərinin mənbəyi əjdaha atəşi və onun qoruyucusudur. Əvvəl Yer planetindən gəldiyi təxmin olunsa da, keçmişdə yoxa çıxmış Domino krallığın son varisi olmağı üzə çıxır. Onun ev heyvanı Kiko adlı dovşandır. Pəri heyvanı elısdır. Piksisi Loketdir. Ən yaxın rəfiqəsi Stella , sevgilisi isə Eraklion krallığının şahzadəsi Skaydır. Doğum günü 10 dekabr və ən sevdiyi rəng bənövşəyidir. Hobbisi isə sehr haqqında kitab oxumaq və rəfiqələri üçün kapkeyk hazırlamaqdır. Musiqinin pop janrını və romantik komediya filmlərini sevir. Bürcü isə əjdahadır. Stella -Sarı saçlı pəridir. Güclərinin mənbəyi Ay və Günəş olan parlaq Günəş pərisi , Bloomun ən yaxın rəfiqəsi və sehrli qalaktikanın mərkəzi Solarianın şahzadəsidir . Piksisi Amor-dur. Selkisi, yəni mini su pərisi İliris-dir. Ev heyvanı isə Cingerdir. Pəri heyanı şaynidir. Doğum günü 18 avqust və ən sevdiyi rəng isə sarıdır. Hobbisi əyləncəli şou hazırlamaq və alış-veriş etməkdir. Modanı çox sevir Komediya filmlərini və musiqinin pop janrını sevir. Bürcü isə su pərisidir. Flora – Tünd şabalıdı saçlıdır. Təbiətin gücündən istifadə edir. Olduqca sakit, gözəl və romantik bir pəridir. Sevgilisi Heliya-dır. Linfeya ölkəsinin qoruyucusudur. Ən yaxın rəfiqəsi Layladır. Piksisi Çattadır. Pəri heyvanı Amarokdur. Selkisi, yəni mini su pərisi Desirya-dır. Ev heyvanı isə Koko-dur. Doğum günü isə 1 martdır. Ən sevdiyi rəng çəhrayıdır. Hobbisi isə güllər haqqında kitab oxumaq, onların fotolarını çəkmək, bitkilər üçün sehrli şirə hazırlamaq, məsləhətlər vermək və otağını səliqəyə salmaqdır. Romantik filmləri və musiqinin klassik janrını sevir. Bürcü isə driada-dır. Muza – Gücləri musiqidən köklənən pəridir. Sevgilisi Rivendir və ən yaxın rəfiqəsi isə Teknadır. Piksisi Tun idi, lakin 6-cı fəsildə Çeri olaraq dəyişdirildi. Selkisi, yəni mini su pərisi Sonna-dır. Pəri heyvanı Kritidir. Anası əvvəllər müğənni olduğuna görə, Miyusanın gözəl səsi var. Ev heyvanı isə Pepe-dir. Doğum günü isə 30 apreldir. Ən sevdiyi rəng isə sarıdır. Hobbisi isə mahnı oxumaq və musiqi alətlərində ifa etməkdir. Musiqili filmləri və musiqinin pop, rok, rep, hip-hop janrlarını sevir. Bürcü isə elf-dir. Tekna – Çəhrayı saçlı pəridir. Texnologiyanın gücünə hakim bir pəridir. Və buna görə də çox ağıllı və məntiqi düşüncəyə malik bir pəridir. Cib telefonunu və kompyuterini çox sevir. Sevgilisi Timi-dir. Zenit planetindən gəlib. Ən yaxın rəfiqəsi Miyusa-dır. Piksisi Dicit idi, lakin 6.fəsildə Karamel olaraq dəyişdirildi. Pəri heyvanı Flittır Selkisi, yəni mini su pərisi Litya-dır. Ev heyvanı isə Çiko-dur. Doğum günü isə 16 dekabrdır. Ən sevdiyi rəng isə mavidir. Hobbisi isə texnologiyaya aid xəbərlər oxumaq, yeni texnologiyaları cəh edmək və şahmat oynamaqdır. Fantastik filmləri və musiqinin elektron janrını çox sevir. Bürcü isə triton-dur. Layla – Qəhvəyi saçlı pəridir. Morfiks adlı çəhrayı rəngli mayenin gücündən istifadə edir. İngilis dilində bu pərinin adı Ayişa olaraq səslənir. Filmə 2.fəsildə gəlib. İdmanı çox sevir. Sevgilisi Nabu idi və hətta onunla nişanlanmışdı. Lakin Nabu 4.sezonda Qara Halqa Cadugərlərinin açdığı sehrli keçidi bağlayarkən öldü. Bundan başqa 5.fəsildə Layla adı Roy olan biriylə bir münasibəti olur, amma bu çox uzun sürmür. Roy vəfat edir. Fəsil 6-da həmçinin Neks adlı biri ona aşiq olur. Andros planetinin şahzadəsidir. Pəri heyvanı Skonqdur. Piksisi Pif-dir. Selkisi, yəni mini su pərisi isə Lemi-dir. Ev heyvanı Mili-dir. Doğum günü isə 15 iyundur. Ən sevdiyi rəng isə göydür. Hobbisi isə idman etmək, üzmək və bütün mahnı janrlarında rəqs etməkdir. Macəra filmlərini və musiqinin hip-hop, rep janrlarını sevir. Bürcü isə ximera-dır. Roksi- Çəhrayı saçlı pəridir. Filmə 4-cü fəsildə gəlib. Heyvanların gücünə hakim bir pəridir. Yer üzünün son pərisidir. Buna görə də fəsil 4-də Qara Halqa cadugərlərinin hədəfinə çevrilmişdi. Özüdə əvvəllər bilməsə də, Tir Nan Oqun şahzadəsidir. Şərti olaraq, Vinks-ə aid deyil. Ən yaxın rəfiqəsi isə Flora-dır. Doğum günü isə 6 sentyabrdır. Tir Nan Oq-da yerləşən Dünya Pərilər Krallığının yeganə varisidir. Piksisi və sevgilisi yoxdur. Artur adında ev heyvanı var.4-cü fəsildə gizli sevgilisi Blumun yaxın oğlan dostu, musiqini çox sevən oğlan Manuel olmuşdur. Hal-hazırda 6 və 7-ci fəsildə də iştirak edir.

Mütəxəssislər Skay- Erakliyon planetinin şahzadəsidir. Romantikdir, güclüdür və Blum-u sevir. Peşəkarların lideri və ən güclüsüdür. Doğum günü isə 16 iyundur. Brendon- Skayın ən yaxın dostudur. Güclüdür və yaraşıqlı biridir. Stellanı sevir. Erakliyon-da Skayın köməkçisidir. Doğum günü isə 22 apreldir. Heliya- Fəsil 2-də gəlib. Helianın əvvəli hələ də ki, izləyicilərə açıq deyil . Romantikdir. Şeir yazır və gözəl şəkil çəkir. Floranı sevir. Varifolya krallığının gənc şahzadəsidir. Varifolya krallığı ən güclü Krallığlardan biridir Timi onun ən yaxın dostudur. Doğum günü isə 6 oktyabrdır. Riven- Əsəbidir. Miyusa onu əsəbi halda sevməz. Nabu onun ən yaxın dostudur. Doğum günü isə 26 maydır. Timi- Texnologiyanı xoşlayır və ağıllı birisidir. Ən yaxın dostu Heliya-dır. Tekna-nı sevir. Doğum günü isə 14 martdır. Nabu- Fəsil 3-də gəlib. Cadugərlik gücü var. Amma cadugərlik gücünü yaxşılıq üçün istifadə edir. Fəsil 4-də ölür. Ölümündən əvvəl o, Layla-nı sevib. Roy- Fəsil 5-də gəlib. Laylanı sevir. Andros planetinin cəngavəridir. Neks- Fəsil 6-da gəlib. O da Layla-nı sevdiyinə görə Roy ilə aralarında həmişə bir rəqabət var. Erakliyon planetinin cəngavəridir. Manuel- Bəzi Vinks jurnallarında Manuelin Roksi ilə sevgili olduğu göstərilir. Manuelin keçmiş sevgilisi isə Rakeldir. Rakel bir Buludqala cadugəridir. Toren- Fəsil 6-da qatılıb. Blum-un bacısı olan Dafna ilə sevgilidir. Skay-ın qohumudur və onun ən yaxın dostu Neksdir. Toren da Erakliyon cəngavəridir. Fəsil 6-nın 26-cı seriyasında Dafni ilə evlənir. Cared- Qızılçeşmədə bir mütəxəssidir. Muzanın ən yaxın dostudur. Pit- Qızılçeşmədə bir mütəxəssidir. Stellanın dostudur. Spenser- Mütəxəssidir. Rivenın uşaqlıq dostudur.

Qalereya thumb|Vinks klub fəsil 1-də Simpli çevrilişində thumb|Blum [Bloom] thumb|Winx club İtmiş kırallığın sirri afişası. thumb|Winx club Sehrli macəra afişası. thumb|Piff, Loket, Tun, Çatta, Amor, Dicit thumb|Triks soldan birinci Darsi, ortadakı Aysi, sağdan birinci Stormi

thumb|İtaliyada "Alfeya"

Cadugərlər Aysi- Buz və qarın gücünə sahibdir. Triks qrupunun başçısıdır. Dekabrda doğulub bürcü ox atandr. Darsi- Hipnoz və illüziya nın gücünə hakimdir. Stormi- Şimşək, ildırım və burulğanın gücündən istifadə edir. Selina- Legandarium adlı kitabla tarixdə yaşamış bütün qorxunc varlıqları idarə edə bilir. Politeya- Blum-un bacısı olan Dafna-nin keçmiş rəfiqəsidir. Dafnanın lənətlənməsinə səbəb olub. Üç Böyük Ana Cadugərlər- Həps olduğu yerdən qurtulmaq istəyən 3 nəfər qoca cadugərlərdir.

Baş Düşmənlər Lord Darkar- Qaranlığın və pislərin əfəndisidir. Fəsil 2-də Triks-ə Qlumiks adlı bir güc verir. Qaranlıq simurq quşudur və anxa atəşinə sahibdir. Valtor- Triks-in köməyilə Omeqa həbsaxanasından azad olub. Fəsil 3-də Triks-ə Disençantiks adlı bir güc verir. Fəsil 3-də Blum Valtor-u öldürür. Qara Halqa Cadugərləri- 4 nəfərdirlər : Oqron, Duman, Qantlos, Anaqan. Oqron bütün sehrləri özünə çəkir, Duman canavar və ya digər canlıların yerinə keçə bilir, Qantlos şok dalğa gücünə malikdir və Anaqan isə adi insandan daha çox cəlddir. Fəsil 4-də ölürlər. Tritanus- Laylanın əmisi oğludur. Andros planetinin Su krallığının şahzadəsidir. Atasına və krallığa qarşı gələrək bütün dünyanı ələ keçirmək istəmişdir. Triks-ə Qaranlıq Sayreniks gücünü verir.5-ci sezonun final seriyasında unudulanlar keçidinə gondərilmişdir. Aşeron- Legandarium adlı bir kitabı yaradıb və indiyə qədər mövcud olmuş bütün qorxunc varlıqları içinə yerləşdirib. Lakin sonradan kitabı idarə edə bilməyincədə, içinə həbs olub. Əşdaha atəşinə də sahibdir. Kitabdan çıxmaq üçün Selina-dan kömək istəyir. Brafiliyus və Kalşara- Bacı və qardaş olan bu düşmənlər pəri heyvanlarını tabe edib ordu yaratmaq istəyirlər. Brafiliyus həm də hiyləgər bir sehrbazdır. Amma 7-ci fəsilin sonunda Vinksə könüllü surətdə təslim olublar.

Müəllim və müəllimələr Faraqonda- Alfeya Pəri Qız Məktəbinin müdirəsi Qrizelda- Pəri məktəbinin nizam-intizam müəlliməsi Professor Paladium- Pəri məktəbinin sehrli şirə dərsi müəllimi Professor Uvizgiz- Pəri məktəbinin çevriliş dərsi müəllimi Professor Avalon- Pəri məktəbinin cadu fəlsəfəsi müəllimi Du For- Pəri məktəbinin ədəb qanunları müəllimi Dafna- Pəri məktəbinin sehr tarixi müəlliməsi və Blum-un bacısı Saladin- Qızılçeşmə Mütəxəssis Oğlan Məktəbinin müdirü və Heliya-nın babası Kodatorta- Qızılçeşmə məktəbinin idman müəllimi Qrifin- Buludluqala Cadugər Qız Məktəbinin müdirəsi Ediltrud- Buludluqala məktəbinin müdirə köməkçisi Zarastra- Buludluqala məktəbinin müdirə köməkçisi Bitersmouk- Buludluqala məktəbinin müdirə köməkçisi

Digər Rollar Kraliça Luna- Stellanın anası və Soloriya planetinin kraliçası. Kral Radius- Stellanın atası və Soloriya planetinin kralı. Nova- Stellanın Soloriyadan rəfiqəsi və günəş işığı pərisi. Şahzadə Qalateya- Muzanın vətəni olan Melodi planetinin şahzadəsi və musiqi pərisi. Həmçinin Alfeya Pəri Qız Məktəbinin tələbəsidir. Eldora- Filmə fəsil 6-da qatılıb. Mitiks adlı bir gücün qoruyucusu və pərisidir. Selina bir zamanlar onun tələbəsi olub. Dafna- Blumun bacısı, lənətlənmiş su pərisi, Vinkə qədər Sayreniks adlı gücün sonuncu pərisi və qoruyucusu, ilk Domino vəliəhd şahzadəsi və sehr tarixi müəlliməsi. Luna, Keyti, Ortensiya, Amaril, Fransina, Priskilla, Frensis, Lin Lu, Lolina, Mikki, Nessa, Piya, Silisiya, Simbilin, Elis, Qrafinya Solnya, Oriyella, Klarissa və Alisa- Alfeya Pəri məktəbinin tələbələrindən bəziləri. Eleonara- Delon planetinin pərisi və Alfeya Pəri məktəbinin tələbəsi. Linel- Lendorium planetinin şahzadəsi və Alfeya pərisi. Kraliça Lunara-Helianın anası və Vorifolya kraliçası. Kral Randial-Helianın atası və Vorifolya kralı. Mirta- Sonradan pəri olmuş keçmiş cadugər. Aysi onu bir balqabağa çevirmişdi, lakin Flora onu yenidən insana çevirdi. Lyusi onun ən yaxşı rəfiqəsidir. Alfeyadan bir illüziya pərisidir. Kristal- Floranın vətəni olan Linfeyanın şahzadəsidir. Heliyanın uşaqlıq dostu olduğuna görə, Flora onu həmişə qısqanır. Alfeyadan bir şəfa pərisidir. Lyusi- Buludqala Cadugər Qız Məktəbinin bir cadugəridir. Mirta onu Alfeya Pəri məktəbinə çağırsada, o Buludqalada qalıb bir cadugər olmağa qərar vermişdir. Kraliça Marion- Blum-un əsl anası və sehrli qalatikanın ən güclü kralğı olan Domino kraliçası. Kral Oritel- Blum-un əsl atası və sehrli qalatikanın ən güclü kralığı olan Domino kralı. Mayk- Blumun yer kürəsindəki ögey atası. Peşəsi isə yanğınsöndürəndir. Vanessa- Skayın keçmiş nişanlısı. Lakin hələ də Skayı sevir. Pis xasiyyətə malik və Erakliyon planetində sayılıb-seçilən biridir. Qraffini Kontes Kasandra- Stellanın atasına cadu edib onunla evlənməyə çalışan qadın. Zadəgan qadındır. Ximera- Kontes Kasandranın qızıdır və saxta Soloriya şahzadəsidir. Endi- Blumun dünyadakı keçmiş sevgilisidir. Lakin hələ də Blumu sevir. Klaus- Roksinin atasıdır. Kraliça Morqana- Tir Nan Oqda yerləşən Dünya Pərilər Krallığının keçmiş kraliçası və böyük Ədalət pərisi. Həm də Roksinin anasıdır. Kraliça Nebula- Tir Nan Oqda yerləşən Dünya Pərilər Krallığının yeni kraliçası. Keçmişdə sülh pərisiydi, lakin illərlə həbsdə qaldıqdan sonra döyüş pərisi olmuşdur. Həm də ədalət pərisidir. Diyana- Dünyalı pərilərdən biridir. Təbiətin böyük döyüş və ədalət pərisidir. Avrora- Dünyalı pərilərdən biridir. Şimal qütbünün böyük döyüş və ədalət pərisidir.