Valeh Əyyub oğlu Bərşadlı () — general-leytenant, Azərbaycanın ilk müdafiə naziri (1991).
Həyatı Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir.
Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, taqım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir.
15 may 1999-cu il tarixində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
Xarici keçidlər
General Bərşadlının oğlu: "Elçibəy atama verdiyi vədə sahib çıxmadı"
Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantları Kateqoriya:Azərbaycan Respublikasının müdafiə nazirləri Kateqoriya:Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:SSRİ general-leytenantları Kateqoriya:Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin rəisləri Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri