II Səfixan ağa Yağləvəndli-Cavanşir (?-19 sentyabr 1768) - XVIII əsrdə yaşamış hərbi xadim, Qarabağ bəyi, xanlıq dönəmində oba, atlı dəstənin yüzbaşısı, kələntər. Nadir şah Əfşarın ordusunda xidmət etmişdir.
Həyatı
Səfi xan Zeynalxan ağa oğlu XVIII yüzilin ortalarında ömür sürüb. Savadlı adam idi. Atasından sonra Yağləvənd oymağının oymaqbəyi kimi Havsalıları savaşa, yaylaq-qışlağa aparırdıƏnvər Çingizoğlu, Cavanşir-Dizaq mahalı, Bakı, "Mütərcim", 2012, 216 səh.. Yağlavənddə doğulmuş Səfixan ağa gəncliyini elə orada keçirmişdir. Nadir şah Qırxlı-Avşar Qarabağda hərbi çağırış elan edəndə Səfi xan atlıları ilə orduya qatılmışdı. Bir çox döyüşlərdə igidlik göstərmişdi. Yurdunda səngər qurmuş, Osmanlılara qarşı döyüşmüşdü. Indiki Araz Dilağarda ərazisində “Səfixan səngəri” adlı savaş meydanı onun adınadır. Osmanlı olan müharibədə göstərdiyi şücaətə görə xan hərbi titulunu birbaşa Nadir şahın özündən almışdır. Pənahəli xanla münasibətləri atasının dövründəki kimi gərgin olaraq qalmaqda davam etmişdir. Bu gərginliyin məqsədi Səfi xanın Arasbarı bölgəsini öz ərazilərinə qatmaq istəyi idi.
Səfi xan Nadir şahla münasibətləri pozulduqdan sonra digər Qarabağ bəylərinin bir çoxu kimi Xorasanda yerləşən Sərəxs bölgəsinə sürgünə öndərildi və şahın ölümünə qədər burada yaşadı. Nah öldürüldükdən sonra isə oymağı ilə birlikdə yurduna Qarabağa qayıtdı. Bu zaman Qarabağ müstəqil xanlıq elan edilmiş və ilk paytaxt olaraq Bayat qalası seçilmişdi. İlk dövrlərdə xanlığa erməni məliklikləri ilə birlikdə bəzi Azərbaycan xanlıqları - Şəki və Şamaxı kimi xanlıqlar hücumlar etdilər. Lakin Pənahəli xan bu hücumların hər birini dəf edə bildi. Bundan sonra daxildəki rəqiblərini ortadan qaldırmağa başladı. Cavanşir bölgəsində yaşayanların yaratdığı problemləri və Səfi xanın rəqabətini ortadan qaldırdıqdan sonra Cavanşir-Dizaq mahalına Qarabağ xanı Pənahəli tərəfindən yeni naib təyin edildi. II Səfixan ağa Yağlavəndli-Cavanşir 1768-ci ildə vəfat etmişdir. Ailəsi Səfi xanın Şirin ağa, Abbasqulu ağa və Alı ağa adlı oğulları vardı.
İstinadlar
Həmçinin bax Cavanşir eli Yağləvənd oymağı
Kateqoriya:Dağlıq Qarabağda doğulanlar Kateqoriya:XVIII əsr tarixi Kateqoriya:Şuşa hərbçiləri