Titus Lukretius Karus (lat. Titus Lucretius Carus, ) — Roma epikürçülüyünün ən tanınmış təmsilçisi isə olmuşdur. "Şeylərin təbiəti haqqında" (lat. De rerum natura) adlı məşhur əsərində o bir çox fəlsəfi problemlərə toxunmuşdur, bunu edərkən Epikürün fəlsəfəsindən yararlanmışdır. Bu kitabda Lukretius ilk növbədə xalqın arasında yayılmış müxtəlif mövhumat və inanclara qarşı çıxış etmişdir. Onun fikrincə onlar insanlarda qorxu hissi yaradır. Azadlığı əldə etmək üçün isə bu qorxudan qurtarmaq gərəkdir.Лукреций. О природе вещей / Перевод Ф. Петровского. М.: Художественная литература, 1983, s. 60–61. Bunun üçün təbiət olduğu kimi öyrənilib qavranılmalıdır. Mövhumatların əsasını isə din təşkil edir, insanları bədbəxtliklərə sürükləyir. Ona görə də, Lukretius dini tamamilə inkar edirdi.
Fəlsəfi baxışları Lukretiusdan da öncə bəzi filosoflar (örnək üçün Kritius) hesab edirdilər ki, əslində tanrılar yoxdur. İnsanlar onları uydurmuşlar. Ancaq, tanrılara inanc və onlardan qorxu hissi olmasaydı, insanlar ağlasığmaz dərəcədə qətllər və digər başqa cinayətlər törədərdilər. Ona görə tanrıları uyduranlar cəmiyyətdə düzənin saxlanması üçün müsbət iş görmüşdülər.
Ancaq, Lukretius bu fikirlə razılaşmırdı. Onun fikrincə, dini inkar etməklə insanlar arasında cinayətkarlıq artmayacaq, əksinə bəzi hallarda müxtəlif dini mövhumatlar adamları cinayətin törədilməsinə sürükləyəcəkdirЛукреций. О природе вещей / Перевод Ф. Петровского. М.: Художественная литература, 1983, s. 29–30..
Təbiətdə hər şey özü-özlüyündən, yəni onun əzəli qanunauyğunluğundan irəli gələrək baş verir. Bütün bunların yaranmasında heç bir tanrı iradəsi yoxdur. Dünyanı da heç bir tanrı yaratmayıb və idarə etmir, çünki heç nədən nə isə yarana bilməzЛукреций. О природе вещей / Перевод Ф. Петровского. М.: Художественная литература, 1983, s. 31.. Eyni zamanda, dünya yalnız insanlar üçün deyil, özü üçün mövcuddur. İnsan isə dünyanın məqsədi deyil, yalnız onun bir hissəciyidir. O da təbiətin qanunlarına tabedir və onu üstələyə bilmir.
Lukretius tanrıların var olmasını inkar etməsə də, onları yaradıcı və idarəçi funksiyalardan məhrum etmişdir. O hesab edirdi ki, tanrılar ölməzdir, ancaq təbiətin və insanların işlərinə qarışmırlar. Onlar özlərinə məxsus bir məkanda yaşayır və həzzlərlə dolu həyat sürürlərЛукреций. О природе вещей / Перевод Ф. Петровского. М.: Художественная литература, 1983, s. 28.. O məkan insanlardan sonsuz qədər uzaqdadır. Bu səbəbdən tanrılara nə insanlar, nə də edilən ibadət və dualar gərək deyildir. Onlar insanlara qarşı biganədirlər. Bu səbəbdən də, Lukretiusa görə dinlərə, kahinlərə, falçılara, peyğəmbərlərə heç bir ehtiyac yoxdur.
Lukretius tanrılar və dinlərin rolunu heçə endirərək əsas dəyəri insanların düşüncəsində görürdü. Düşüncəsiz insanın ömrü qaranlıq və qorxu içində keçir. Ağıl və sağlam düşüncə isə mövhumatın qarşısını alır; insanı ölüm, xəstəlik və həyatın problemləri qarşısında qorxudan qurtarır. Yalnız sağlam düşüncənin vasitəsilə təbiətdə hər şeyi olduğu kimi anlamaq olar. İnsan sağlam düşüncədən başqa mühakimə etmə xüsusiyyətinə də malikdir. Çünki, dünyada bir çox şeyləri yalnız mühakimə yolu ilə izah etmək mümkündür. thumb|left|"Hər şeyin təbiəti haqqında" kitabının əlyazması, 1483 il
Lukretiusa görə təbiətdə fövqəladəlik yoxdur. Dünyalar gözə görünməyən və duyulmayan hissəciklərin qasırğalarından yaranır. Bu hissəciklər hər şeyin "toxumlarıdır" (atomlardır)Лукреций. О природе вещей / Перевод Ф. Петровского. М.: Художественная литература, 1983, s. 34–35.. Cisimlər, ruhlar və dünyalar onlardan ibarətdir. Onlar təbii zərurətdən yaranır. Hissəciklərin hərəkətdə olması üçün boşluqlar vardırЛукреций. О природе вещей / Перевод Ф. Петровского. М.: Художественная литература, 1983, s. 35–37.. Hissəciklər əbədidir, onlardan ibarət olan hər şey məhvə məhkumdur və keçicidir.
Ətrafımızın dərki prosesində duyğulara böyük əhəmiyyət verən Lukretius, eyni zamanda onların çərçivəli olmasını etiraf edirdi. Buna görə də o, idrakda düşüncəyə də böyük əhəmiyyət verirdi. Məsələn, kainat duyğu vasitəsilə deyil, düşüncənin fəaliyyəti nəticəsində anlaşıla bilər.
Ümumiyyətlə, heç nədən nə isə yaranmır. Hər şeyin əsasında toxumlar (atomlar) dururЛукреций. О природе вещей / Перевод Ф. Петровского. М.: Художественная литература, 1983, s. 39–43.. Şeylərin məhv olması materiyanın məhv olması demək deyildir. Bu yalnız daha mürəkkəb şeyin ən sadə elementlərə bölünməsidir.
Lukretiusun fikrincə ruh da bədən kimi kiçik hissəciklərdən (atomlardan) ibarətdir və o bədəndən asılıdır. Bədənin ölümü hissəciklərin əlaqələrinin pozulması və dağılmasıdır. Bu baş verən kimi bədənlə bir yerdə ruhun hissəcikləri də dağılır və o məhv olur. Beləliklə, Epikür kimi Lukrtetsius da ruhun ölməzliyini qəbul etmirdi.Лукреций. О природе вещей / Перевод Ф. Петровского. М.: Художественная литература, 1983, s. 97–98.
Daha sonra o, ölümlə həyatın bir-biri ilə qarşılaşmamasını iddia etmişdir. Onlar qarşılaşmır deyə ölüm həyatda olan insan üçün qorxulu deyil, çünki həyatda olan insanın ölüm haqqında təsəvvürü yoxdur. Ölümün gəlişindən sonra isə insanlar artıq bu dünyada olmur və heç nəyi duymur. Ona görə də ölümün qarşısında qorxu hissi olmamalıdırЛукреций. О природе вещей / Перевод Ф. Петровского. М.: Художественная литература, 1983, s. 415–420..
Ruhun bir bədəndən başqasına köçməsi ideyasını (metempsixozu) və onun insanın doğulmasından öncə var olması inancını rədd edən Lukretius hesab edirdi ki, belə bir şey olsaydı, onda insanlar öz keçmiş həyatlarını yada salardılar. Metempsixoz ya da ruhların öncə var olmasını iddia edənlərin fikrincə ruh bədənə girərkən öz keçmiş həyatını yaddan çıxarır. Bu belədirsə, onda Lukretiusa görə bu hal ölümdən fərqlənmir. İnsanın keçmişdə həyatda olmasının mənası yoxdur. Ona görə ölən adamların ruhları ölü, dirilərin isə diri hesab edilməlidir.Лукреций. О природе вещей / Перевод Ф. Петровского. М.: Художественная литература, 1983, s. 410–413.
Bundan başqa əgər metempsixoz real bir şey olsaydı, onda heyvanların davranışı bir-biri ilə qarışardı. Məsələn, şahin göyərçindən qorxardı. Düşüncə isə təkcə insanlarda deyil, həm də heyvanlarda olardı.
Lukretius əxlaqi fikirləri irəli sürərkən Epikür təliminin müddəalarını təkrar edir və deyirdi ki, iztirabların aradan qaldırılması, ruhi sakitlik və ataraksiya xoşbəxtliyin əsas şərtləridir.
Mənbə
Həmçinin bax Epikür Epikürçülük Karpe diem
İstinadlar
Kateqoriya:E.ə. 99-cu ildə doğulanlar Kateqoriya:E.ə. 55-ci ildə vəfat edənlər Kateqoriya:İtaliya filosofları Kateqoriya:Empiristlər Kateqoriya:Ontoloqlar Kateqoriya:Qədim Roma filosofları Kateqoriya:Ateist filosoflar Kateqoriya:Epik şairlər Kateqoriya:Kəskin alət ilə intihar edənlər Kateqoriya:Qədim Roma şairləri Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Atomistlər Kateqoriya:Didaktik şairlər Kateqoriya:Din tənqidçiləri Kateqoriya:Epikürçülük Kateqoriya:Humanizm Kateqoriya:Latın dilində yazan yazıçılar Kateqoriya:Materialistlər Kateqoriya:Mədəniyyət filosofları Kateqoriya:Qədim ədəbiyyat Kateqoriya:Sekulyarizm