Zeynalova (Mahmudova) Vəsilə Vahid qızı (Vəsilə Vahidqızı; ) — Azərbaycan jurnalisti, teleaparıcı, Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri.
Həyatı Vəsilə Vahidqızı 19 avqust 1967-ci ildə Laçın rayonunda anadan olub.
BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1992–2002-ci illərdə AzTV-də, 2002–2003-cü illərdə "İnternyus-Azərbaycan" İctimai Birliyində, 2004-cü ildə "Space" TV-də çalışıb.
2005-ci ildən İctimai Televizya fəaliyyətə başladığı ilk gündən bu telekanalda işləyib. BBC-də və Yaponiyanın ictimai kanalı olan NHK-də təcrübə kursu keçib.
İctimai Televiziyada şöbə müdiri, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, komitənin İctimai Televiziya ilə birgə layihəsi olan "Vətən uzaqda deyil" verilişinin müəllifi və aparıcısıdır.
2010-cu ildə aparıcısı olduğu "Ortaq məxrəc" tok-şousu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə keçirdiyi "Azərbaycan ailəsi – 2010" kino festivalı müsabiqəsinin "Ən yaxşı televiziya proqramı" nominasiyasında qalib olub.
Xarici ölkələrdən, o cümlədən Yaponiya, Meksika, Kuba, İran, Türkiyə və s. hazırladığı verilişlər və bir sıra sənədli filmlər İTV-nin qızıl fondundadır. Qarabağ müharibəsindən bəhs edən neçə-neçə sənədli filmin, o cümlədən "54 gün mühasirədə", "İgidliyin zirvəsi", "Məhv edilmiş gələcək — Aygün","Məhv edilmiş gələcək — Aygün" sənədli filminin təqdimatı: [rejissor Mirsadıq Ağazadənin quruluşunda er-məni terrorunun qurbanı olan 11 yaşlı Aygün Şahmalıyevanın faciəsindən bəhs edilən, hazırlanan eyniadlı film haqqında] //Mədəniyyət.- 2012.- 20 iyul.- S. 6; Kaspi.-2012.- 19 iyul.- S. 15. "Şamaxı soyqırımı" və başqa sənədli filmlərin ssenari müəllifidir.
2011-ci ildə İctimai Televiziyadakı fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatını alıb. Azad, məsuliyyətli və peşəkar jurnalist fəaliyyətinə görə dövlət və qeyri-hökumət təşkilatlarının, jurnalist birliklərinin onlarla diplom və mükafatına layiq görülüb.
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
2018-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi olub, 2021-ci ildə Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib.
Ailəsi Jurnalist Hikmət Sabiroğlunun həyat yoldaşıdır. Bir oğlu var.
Filmoqrafiya 54 gün mühasirədə (film, 2012) 9 il sizinlə (film, 2014)
Xarici keçidlər
Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı müsahibəsi
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları Kateqoriya:"Laçın" döş nişanı ilə təltif edilənlər Kateqoriya:İctimai TV-nin (Azərbaycan) jurnalistləri