thumb|240px|Habbl teleskopu Habbl teleskopu — amerikan astronomu Edvin Habblın şərəfinə adlandırılmış kosmik orbital teleskop. NASA və Avropa Kosmik Agentliyinin birgə layihəsidir. Yerin orbitinə 24 aprel 1990-cı ildə "Diskaveri" şattlı ilə çıxarılmışdır. Kütləsi 11 tondur. Əsas alətləri: infraqırmızı kamera, optik kamera, optik spektrometr, ultrabənovşəyi spektroqraf, üç naviqasiya sensoru.
Əsas xarakteristikaları Teleskopun növü — Riçi-Kretyen sistemli reflektor Orbitin yüksəkliyi — ~569 km Orbital sürəti — ~7500 m/san Dolanma dövrü — 96–97 dəq
Xarici keçidlər
Habbl teleskopunun çəkdiyi şəkillər "Hubble Heritage" layihəsi
Kateqoriya:Kosmik teleskoplar Kateqoriya:24 apreldəki hadisələr Kateqoriya:NASA layihələri