Qazıqumlaq — Azərbaycan Respublikasının Ucar rayonunun Qazıqumlaq kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir.
Əhalisi Əhalisinin sayı 4350 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Toponimikası Şirvan əhalisinin dilində kəndin adı Qazqumlaq kimi səslənir. Yerli məlumata görə, bir qazı qumluq ərazidə yurd saldığı üçün, bu yer Qazıqumlağı adlandırılmışdır. Sonralar burada salınmış kəndə də Qazıqumlaq adı verilmişdir. Oykonimin əsli isə Qazıqumuqdur. Qazıqumuqlar Dağıstanın qədim yerli xalqlarından biri olub, "laklar" da adlanırlar. Oğuz rayonunun Yuxarı Filfili kəndində Qazıqumuqlu Surxay xanın XVIII əsrdə tikdirdiyi qala qalmaqdadır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.
İstinadlar
Kateqoriya:Ucar rayonunun kəndləri