300px|thumb|Reç Pospolita, 1618-ci il Reç Pospolita () — Polşa Krallığı Taxt-tacı və Böyük Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin ittifaq müqaviləsinə (uniyasına) əsasən yaradılmış federativ dövlət. Torpaqlarının 1795-ci ildə Rusiya, Prussiya və Avstriya arasında bölünməsi ilə ləğv edilmişdir.
Livoniya müharibəsində Litva ağır vəziyyətə düşdü. Litvanın yuxarı dairələri xilas yolunu Polşa ilə birləşməkdə gördü. 1569-cu ildə Lublin şəhərində Polşa ilə Litva arasında uniya bağlandı. Bu iki dövlət Reç Pospolita adlı dövlətdə birləşdi. Bu dövlətə Ukrayna və Belorusiya ərazisinin də bir hissəsi daxil idi.
Polşa-Litva maqnatları (Polşada iri feodal, varlı və əsilli şəxs) və şlyaxtası (Polşada hakim feodal təbəqəsi) yaranmış vəziyyətdən istifadə edib rusları Baltik sahilindən çıxarmağa və rus torpaqlarını tutmağa çalışırdılar. Lakin 1572-ci ildə Reç Pospolita krallıq oldu. Rus çarı IV İvan Reç Pospolita taxtına sahib olmaq istədi. Lakin Osmanlı dövləti buna imkan vermədi. Rusiya əleyhdarı Stefan Batori Reç Pospolita kralı seçildi.
Yaranması
Şəhərlərin, sənətkarlığın və ticarətin inkişafı XV əsrin sonu XVI əsrin əvvəllərində Polşa şəhərinin inkişaf periodu olmuşdur. Onların çoxunda kəndlilərin şlyaxtaların, xaricilərin axıb gəlməsi nəticəsində əhalinin sayı artdı. Poznanda XV əsrin sonunda 4 min sakin, yüz il sonra isə 20 min sakin, Varşavada XV əsrin ortalarında 10 min, həmin əsrin sonlarında isə 20 min insan, Qdanskda isə XVI əsrin sonunda 40 min, 50il sonra isə artıq 75 min sakin olmurdu. Krakov, Vroslavda məskunlaşma əhəmiyyətli dərəcədə artmışdır. Ölkənin bir sıra bölgələrində yeni şəhərlər əmələ gəldi, onlara bəzi maqnat latifundiyalarında da yaranmışdı. Şəhərin böyük hissəsi Böyük Polşada, eləcə də Seleziyada və Qərbi Sahil boyunda idi.
Şərqi sahil boyu, xüsusən də Qdansk böyük rubi yoxlardan istifadə edirdi. Qdansk Mərkəzi limanın açılması və bağlanması hüququna malik idi, öz qoşunu və milisi vardı, yalnız kralın ali hakimiyyətini tanıyaraq müstəqil daxili siyasət aparırdı. Bu bir şəhərin gəliri bütün dövlətin gəlirinə bərabər idi. Odansk, Torum və Elblang Prusiya seyminə nümayəndə göndərmişdilər. XV əsrin sonu XVI əsrdə Kustar istehsalı intensiv sürətdə inkişaf etdi. Sənətdə xüsusən, parça mallarda çoxdan baş vermiş əmək bölgüsü müşahidə edilirdi. XVI əsrdə hər yerdə su enerjisi tətbiq edilməyə başlandı. Sexlər sənətin əsas təşkilatçısı olaraq qalırdılar. Sənətin ixtisaslaşması yeni sexlərin yaranmasına eləcə də, sexdən istehsalın artmasına səbəb oldu. Dəri istehsalında da böyük uğurlar əldə edildi. Mahud istehsalı güclü şəkildə inkişaf etdi. XV əsrin sonu XVI əsrin əvvəllərində çapçılığın əmələ gəlməsi ilə əlaqədar olaraq kağız istehsalı əmələ gəldi. Bir sıra sahələrdə ilkin kapiatalist münasibətlərinin elementləri əmələ gəldi. Muzdlu əməyə əsaslanan manufakturaya əsaslanan keçid prosesi daha aydın surətdə XV–XVI əsrlərdə Kiçik Polşa və Sileziyada cəmlənən mədən işi və metallurgiyada hiss edildi. Texnikanın inkişafına yeni əməl vasitələrinini tətbiqi böyük xərc tələb edirdi. XV əsrin ortalarında sənayedə ticarət kapitalının axını başlandı. Zəngin tacirlər böyük gəlir gətirən gümüş, qızılı, qurğuşun, mis duzun əldə edilməsinə xüsusi maraq gəstərirdilər. Ticarət kapitalı bir sıra digər sənətkarlıq sənayesində də yayılırdı.
XV əsrin sonu XVI əsrlərdə daxili və xarici ticarət əlaqələri gücləndi. Ölkənin mühüm ticarət mərkəzləri, Ordansk, Torum, Vraşava, Lyublində daxilli mal dövriyyəsini mərkəzdə mühüm rol oynayan yarmarkalar keçirildi. Ölkənin müxtəlif rayonlarında artan iqtisadi inkişaf XVI əsrin 60-cı illərində Seym tərəfindən çəki və ölçünün vahidləşdirilməsi haqqında qərar qəbul edilmısinə səbəb oldu. Əsas ticarət yolu Visladan Ordanska və daha sonra xaricə gedirdi. Əsas ixrac predmetləri, çərək, kətan, dəri, öküz dərisi, taxta, kül idi. Kənd təsərrüfatı məhsulları və meşə malları Fransa, Hollandiya, İngiltərə, İspaniya, Portuqaliya və digər Avropa ölkələrinə aparıldı. Mahud, nazik kətan, ipək parçalar, dəmir, polad və metal məmulatları aparıldı. Polşa balıq, şərab, qənd və ədviyyatı çox alırdı. Rus torpaqları ilə canlı ticarət aparıldı. Ordan yerli və import mahud, metal məmulatı və digərlərinin əvəzində dəri, xəz, mum və s. gətirilirdi. Polşanın Sileziya ilə sıx ticarər əlaqələri var idi. Qərbi sahil boyu ilə iqtisadi münasibətlər inkişaf edirdi. Polşadan Sileziyaya və Qərbi sahil boyuna əsasən kənd təsərrüfatı məhsulları, Sileziyadan isə Polşa oraq kərənti, bıçaq, pikə, kağız, şüşə və digər malları alırdı. Seçim tacirləri Polşaya əsasən Qərbi Avropa malları gətirdilər. Şəhərlərdə sosial, siyasi, milli və dini ziddiyyətlər şiddətlənirdi. Plebs patrisiatlarla, eləcə də orta təbəqə şəhər əhalisi ilə sex sahibləri, tacirləri ilə mübarizə aparırdı. Sonuncular siyasi hüquqlar əldə edərək patrisələrə qarşı çıxırdılar. Bu mübarizə Ordanskda daha geniş vüsət aldı və 1521-ci ildə üsyana çevrildi. Bir sıra şhərəin orta təbəqəsi ciddi səylər nəticəsində XVI əsrəd dövləti idarəetmə orqanlarında bir neçə iştirak əldə etdilər. Reformasiya və əks reformasiya dövründə şəhərlərdə, eləcə də dini ziddiyyətlər kəskinləşdi.
Təərrüfatın biyar-mülk sisteminə keçid xüsusən Polşa torpaqlarında da orta zadəgan torpaq sahibliyi üstünlük təşkil etməyə davam edirdilər. Belə ki, xüsusi çəkisi azaldı, xüsusən XVI əsrin sonlarında. Eyni vaxtda maqnat torpaq sahibliyi güclü şəkildə inkişaf etdikcə Polşa torpağı olmayan Reç Pospolita torpaqlarında XVI əsrin sonlarından üstün oldu. Bir sıra latifundiyalar çox böyük miqyasa çatdılar. Y. Zamoyskaya 11 şəhər və 200 kənd məxsus idi. Bundan başqa onun ömürlük sahibliyində 12 şəhər və 612 kənddən ibarət kral mülkü var idi. K. Ostorjski XV–XVII əsrdə sərhərddə −100 şəhər v qala və 1300 kənddə malik idi və bunların illik gəliri 1 mln zlotedan çocx idi. Əsas torpaq sahili maqnatların icarəsində idi.
XVII əsrin ortalarına qədər daxili müstəmləkələşdirmə davam edirdi və ölkədə məskunlaşmanın həcmi artırdı. Kənd təsərrüfatı malları təkmilləşirdi. Taxılın yığılmasında orağı sıxışdırıb aradan çıxaran kərənti (dəryan) tətbiq edilməyə başlandı, XVI əsrdə geniş yayılmış əkinçilik vasitələri kimi dəmir dişli daraqlar oldu. Taxılın Orta məhsuldarlığı XVI əsrin sonuna əkiləndən 4,5 dəfə artıq oldu. Əmtəə pul münasibətlərinin güclü inkişafı kəndlərdə əmlak təbəqələşməsi prosesini sürətləndirdi. Bəzi varlı kəndlilər ticarət və şəhərciklə məşğul olurdular. Şəhər məskunlaşmasının artması çörəklə və kənd təsərrüfatı xanalarına tələbatı artırdı. Kəndlər öz növbəsində daha çox sənət və digər mallar almaqla başladılar. Şəhər və kəndlər arasında ticarətin rtması yerli baxzarların yaranması və ümumi Polşa bazarının elementlərinin əmələ gəlməsinə səbəb oldu. ZXVI əsrin ortalarında xarici bazarda kənd təsərrüfatı məhsullarına tələbat güclü şəkildə artdı. Bununla əlaqədra çörəyin ixracı daim artırdı. Hələ XV əsrin sonunda Odanskdan bir neçə min laşt (laşt- 2,25 t) taxıl, VVI əsrin II yarısının əvvəllərində isə 40–50 minə, XVII əsrin I rübünün sonunda isə artıq illik 80 min laştdan çox taxıl aparırdılar. Çörəyə olan tələbat qiymətlərin artması ilə müşayiət edilirdi. XV əsrə nisbətən XVI əsrdə Avropada onu 2,5–6 dəfə Polşanın müxtəıif rayonlarında 7–8 dəfə çox ödəyirdilər. "Qiymətlər inqilabı" feodalların iqtisadi və siyasi vəziyyətini gücləndirərək onları zənginləşdirdi
Ticarət münasibətlərinin inkişafı, tələbin artması və qiymət artımı kənd təsərrüfatı məhsullarına daxili və xarici bazarda satış üçün kənd təsərrüfatının xammalını istehsalı kiçik mülklərin, mülkədar torpaqlarının əmələ gəlməsi böyüməsi üçün ilkin zəmin oldu. Kiçik mülklərin yayılmasında mühüm rolu Polşada azad torpaqların olması oynadı. Təsərrüfatın bujar-mülk sisteminə keçid Polşada XV əsrin II yarısı, Sileziya və Qərbi Kiçik malikanələr kəndli torpaqların, otlaqların şumlanması, meşələrin və kolların təmizlənməsinə hesabına əmələ gəldi və artdı. Feodallar həm də sulduzlara məxsus torpaqları almağa və kiçik mülklərinə birləşdirməyə çalışırdılar.
Kəndlilərin vəziyyəti Kiçik mülklərin inkişafı və kəndli məskunlaşmasının artması nəticəsində tam paylı kəndlilər kmetlərin sayının azalması və yarım nadelli az torpaqlı və torpaqsız kəndlilərin sayı artdı. Sərhəddə XV–XVI əsrlərdə hər yerdə kmt təsərrüfatı üstünlük təşkil edirdi, XVI əsrin sonlarında və onların sayı qəfildən azaldı, Kiçik Polşada isə onların yerlərini yarılen təsərrüfatına verdi. XVII əsrin ortalarında eyni vəziyyət ölkənin digər rayonlarında da baş verdi. Kiçik mülklərin işçi qüvvəsi ilə təmiri asılı sakinlərin biyarın icrasına cəlb edilməsi, mülklərdə nökərin artması və ucuz mövsümi işçilərin istifadə edilməsi yolu ilə təmin edildi. Məcburi biyar haqqında ilk qanun seymdə 1520-ci ildə qəbul edildi. Orda deyilir ki, len torpağına malik bütün kəndlilər həftədə 1 dəfə biyarda olmalıdırlar. Eym bir sıra ərazilərdə mövcud olan mülkədarlar işləmə rentasına daha yüksək normasını müəyyən etdi və biyarr mükəlləfiyyətinin sonrakı artımı haqqında hədd müəyyən etmədi. XVI əsrin I yarısında kmetlər len torpağında həftədə 1–2 gün töycü, XVI əsrin sonu XVII əsrin əvvəllərində 3–4 gün, XVII əsrin ortalarında rayonlarda kiçik mülk sisiteminin inkiçafı ilə bağlı olaraq həftədə 4–6 gen müəyyən edldi. Biyardan artma meyilli başqa mükəlləfiyyətlər var idi. Onlardan ə Sasları: malqaranı oturmaq üçün istifadə edildi. Hertiyə qoyulmuş əkin yeri bütün kəndlilərin ildə bir neçə dəfə mövsümü işlərə çıxmaq (biçənək, biçin), aöa qoyunlarını qıxrmaq mal-qaranın otarılması, pliyin hazırlanması və s. Ən çətini və daim artan araba mükəlləfiyyəti idi və bu kəndlilərin kiçik məhsullarının bazara çıxarılması və feodal üçün alınan malların şəhərdən gətirilmısindən ibarət idi. Bununla bərabər biyar kəndlərində natural və pul münasibəti qalırdı. Kiçik mülk norma sisteminin zəif inkişaf etdiyi kəndlərdə onlar əhəmiyyətli dərəcədə artırdı. XVI əsrin sonundan kənddə əsas rolu feodal monopoloyaları oynamağa başladı. Kəndli taxılı öz ağasının dəyirmanında üyüdməli idi, eləcə də arağı, pivəni, duzlu malları yalnız onun meyxanasından almalı idi. Kəndlilər verginin böyük hissəsini ölüm cəzasına ödəyirdilər. Xüsusəndə XVII əsrin I yarısı müharibə vaxtı 1629-cu ildə tüstü hesabına alınan vergi müəyyən edildi və bu əvvəlki torpaq vergisinin 2 qatı idi. Kəndlilər öz feodallarının xidmətçici qismində hərbi yürüçlərdə istifadə etmək rolu, hərbi ehtiyaclar üçün at araba verməlı idilər və s. XVI əsrin sonundan əksreformasiya qələbəsi ilə bağl olaraq katolik kilsəsinin xeyrinə ödəmə və mükəlləfiyyətlər artdı. Təsərrüfatın biyar mülk sistemi kənd əhalisinin hüququ vəziyyətinin pisləşməsinə səbəb oldu. Seym konstitusiyası XV sonu XVI əsrin I yarısında hüququnu hüquq baxımdan təsdiq etdi. 1496-cı il Petrkovski statyasına əsasən kəndli torpağını keçməli, alıınması, kilsə vəzifəsinin tutulması və s hüququndan məhrum edildi. Feodalların əlinə təbəələri üzərində məhkəmə hakimiyyəti keçdi. Sileziya və Knyaz Prussiyasında təhkimçilik hüququ XVI əsr, Qərbi sahil boyunda XVI əsrin II yarısı –XVII əsrin əvvəllərində təsdiq edildi. Feodal təhkimçilik təzyiqinin güclənməsi kənddə sinfi mübarizəni artırdı. Onun əsas formasına kəndlilərin qaçması oldu. 1587–1589 Sileziya kəndlilərinin üsyanı oldu.
Şlyaxta və maqnatlar arasında mübarizə