Adi əhvalatlar filmi rejissor Murad İbrahimbəyov tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Kinokomediyada elektrik və montyor Vasili İvanoviç Myakişevin (Vladimir Steklov) başına gələn əhvalatlardan bəhs olunur. Filmdə əsas rolları Vladimir Steklov, Kristina Orbakayte, Lyudmila Polyakova, Sergey Nikonenko, Aleksey Jarkov, Sergey Rubeko, Yuri Mitrofanov, Yuri Nifontov, Yuri Çernov və Vladimir Bolşov ifa edirlər.
Məzmun İnsanlıq öz ağlının ən müxtəlif, ən fantastik əməllərinin həlli yollarını elektrik vasitəsilə tapmışdır. Burada elektrik və montyor Vasili İvanoviç Myakişevin (Vladimir Steklov) başına gələn əhvalatlardan bəhs olunur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.179.
Film haqqında Film yazıçı Mixail Zoşşenkonun hekayələri əsasında ekranlaşdırılmışdır.
Festivallar və mükafatlar 2000-ci ildə Anapada "Kinoşok" festivalında film "Mixail Zoşşenkonun əsərlərinin istedadlı kinematoqrafik ifadəsi" xüsusi mükafatına layiq görülmüşdür. 2001-ci ildə film "Ədəbiyyat və Kino" festivalında Rusiya Kinoşünaslar və Kinotənqidçilər Gildiyasının xüsusi mükafatını almışdır. 2001-ci ildə Vladiqafqaz Kinofestivalında filmə Ən yaxşı rejissor işi mükafatı verilmişdir.
Filmin üzərində işləyənlər Rejissor: Murad İbrahimbəyov Əsər müəllifi: Mixail Zoşşenko Ssenarist: Yaroslava Sergeyeva Operator: Vladimir Dmitriyevski Prodüser: Mirzəağa Haşımov Rəssam: Aleksandr Jirnov Bəstəkar: İsaak Şvarts
Rollarda Vladimir Steklov — Vasili İvanoviç Myakişev Kristina Orbakayte — xanım Lyudmila Polyakova — tramvaydakı qadın Sergey Nikonenko — keşiş Aleksey Jarkov — fotoqraf Sergey Rubeko Yuri Mitrofanov — Myakişevin qonşusu Yuri Nifontov Yuri Çernov — Myakişevin qonşusu Vladimir Bolşov Anna Budanova Tamara Sıqanova — Myakişevin qonşusu
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2000-ci ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı Rusiya filmlərinin siyahısı
Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:2000-ci ilin Azərbaycan filmləri Kateqoriya:Rusiya filmləri Kateqoriya:Rusiyanın komediya filmləri Kateqoriya:Rusca filmlər