Ərəb xan Ağzivər xan oğlu Şamlı () — Şamlı elinin Bəydili oymağından olan qızılbaş sərkərdəsi, Şirvan vilayətinin bəylərbəyi.
Həyatı Ərəb xan Şamlı tanınmış qızılbaş sərkərdəsi idi. I Şah Abbas Səfəviyə xidmət etmişdi. Əvvəlcə cəbbədarbaşı (silah-sursat naziri) vəzifəsində çalışırdı. Şah onu Şirvan vilayətinə bəylərbəyi təyin etmişdi.
1645-ci ildə II Şah Abbas Səfəvi onu vəzifədən çıxarıb edam etdirdi.
Ailəsi Ərəb xanın Nəriman bəy adlı oğlu vardı.
Mənbə
Ənvər Çingizoğlu, Şamlı elinin tanınmış simaları, "Soy" dərgisi, 9 (29), Bakı, 2009.
İstinadlar
Həmçinin bax Şamlı eli
Kateqoriya:Şamlılar Kateqoriya:Hərbi liderlər Kateqoriya:Qızılbaşlar