Eldar Əziz oğlu Əzizov () — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.

Həyatı Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.

1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir.

Əmək fəaliyyəti 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilmişdirAzərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyasının Katibliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 5 mart 1992-ci il tarixli, 318-XII nömrəli Qərarı. e-qanun.az. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışmışdır. 2000–2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, 2003–2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısıE. Ə. Əzizovun Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 8 aprel 2003-cü il tarixli 1197 nömrəli Sərəncamı , 2011–2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdirE. Ə. Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . president.az, 15.11.2018.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, "Difai" kitabının və 200-dən artıq məqalənin müəllifidir.

Eldar Əzizov, sadəcə Azərbaycan Jurnalistlər Birliyinin üzvü deyil, həm də Azərbaycan Memarlar İttifaqının fəxri üzvüdür.

Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilmişdir. Ailəlidir, iki övladı var.

Ailəsi Əksər mənbələrdə Eldar Əziz Mehmandarovlar nəslinin davamçısı kimi qeyd olunurMehmandarovların davamçısı Anasın anasının atası: Kərim bəy Mehmandarov Anasının atası: Şamil Mahmudbəyov Anasının atasının atası: Həbib bəy Mahmudbəyov Kürəkəni: Anar Tağıyev Oğlu Şamil Əzizov: Heydər Əliyev Mərkəzinin direktorunun köməkçisi.

Mükafatları 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni"E. Ə. Əzizovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2017-ci il tarixli 3022 nömrəli Sərəncamı. e-qanun.az — 22 iyun 2017 "Şərəf nişanı" ordeni — 1985

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Nizami Rayon İcra Hakimiyyətinin başçıları (Bakı) Kateqoriya:Gəncə Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Səbail Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Bakı Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Bakı Şəhər İcra Hakimiyyətinin başçılarının müavinləri Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycan LKGİ Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri