İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir. İraq Yaxın Şərqdə strateji mövqeyi, sahib olduğu neft ehtiyatları və əkinçiliyə əlverişli torpaqları ilə bölgənin geosiyasi əhəmiyyətə malik ölkələrindən biridir. İraq Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük ikinci neft ehtiyatına malikdir.

İraq uzun illər Böyük Britaniya tərəfindən idarə edilmiş, Böyük Britaniyanın Yaxın Şərqdən tamamilə çəkilməsindən sonra bölgə üzərində əsas güc rolunu ABŞ oynamağa başlamışdır.

Etimologiya İraq sözünün ölkə ərazisində qədim dövrlərdə yerləşmiş Uruk şəhərinin adından götürüldüyü güman edilir. Bu barədə digər ehtimal isə İraq sözünün uzaq mənasını verdiyi və bu adın ölkə Osmanlı İmperiyası tərəfindən idarə olunduğu dövrlərdə mərkəzə olan uzaqlığına görə verilməsidir. Başqa bir ehtimal isə ərəbcə irak sözünün "düzən" mənasıdır.

Əhali

2009-cu ilin oktyabr ayında İraqda əhalinin siyahıya alınması planlaşdırılır. İraqın digər Ərəb ölkələri ilə müqayisə edildiyində geniş bir şəhərli orta sinifə və nisbi bir səriştəli işgücünə sahib olması diqqətləri çəkər. İraq, Ərəb ölkələri arasında, Misirdən sonra ən çox məlumata sahib olan ölkə mövqesindədir. İraq olduqca gənc əhaliyə sahib olub əhalinin 55 %-i 15–64 yaş qrupuna, 42 %-i 0–14 yaş qrupuna, 3 %-i isə 65 yaş və yaxarı qrupa daxildir. Orta ömrün təxminən 66,5 il olduğu İraqda körpə ölüm nisbətlərinin yüksəkliyi (6,2%) əhəmiyyətli bir problemdir. İraq əhalisinin 58 %-i oxuyub-yaza bilmir. Bu nisbət kişilərdə 70,7%, qadınlarda 45%-dir. 2000-ci il üçün əhalinin artım sürəti 2,86% olaraq təxmin edilmişdir.

Milli tərkib Bəzi mütəxəssis qiymətləndirmələrinə əsasən İraq əhalisinin 65%-ini ərəblər , 17%-iniRadio Free Europa : Kurdish-Arab Power Struggle Leads To Calls For Iraq Census Delay kürdlər, 13%-ini türkmanlar, 3%-ini assuriyalılar, 1%-ni farslar, 1%-ini isə digər xalqların nümayəndələri təşkil edir .

Din İraqın cəmi əhalisinin təxminən 60 %-ni şiə, 35 %-ni isə sünni müsəlmanlar , 3 %-ni xristianlar, 2 %-ni digər dinlərə etiqad edənlər təşkil edir.Russell, Malcom B. The Middle East and South Asia 1997 (The World Today Series). Harpers Ferry, West Virginia: Stryker-Post Publications (1997), pg. 104. Sünnülüyün hənəfi və az sayda şafii məzhəbinə ölkənin müxtəlif rayonlarında yaşayan bədəvi ərəblər, şəhər əhalisinin bir hissəsi (ilk növbədə Bağdad və Bəsrə şəhərinin əhalisi), Yuxarı Mesopotamiyanın ərəbləri, eləcə də kürdlər, türklər, çərkəzlər, türkmələrin böyük hissəsi ibadət edir. İraqın mərkəzi və cənub hissəsində yaşayan əkinçi ərəblər, farslar, lurlar və türkmənlərin üçdə ikisi şiələrdir. Eyni zamanda az sayda əli-ilahi (kürdlər, türkmənlərin bir hissəsi), ismaililər, bəhailər də vardır. Xristianlar ölkənin iri şəhərlərində, eləcə də Mosulun kənd yerlərində məskunlaşıblar. Onlar əsasən assuriyalır, ermənilər və ərəblərin bir hissəsidir. Xristianların böyük qrupunu əsasən müxtəlif uniat kilsələrinin ardıcılları olan katoliklər təşkil edir. Onların əksəriyyəti xaldo-katoliklərdir. Bununla yanaşı siro-katoliklər (35 min nəfər) və erməni–qriqoryanlardır. Latın ənənəvi katoliklər azlıq (3,5 min nəfər) təşkil edir ki, bunlar da əsasən İraqda yaşayan əcnəbilərdir. Digər xristian təmsilçiləri nestorianlar (65 min nəfər), erməni-qriqoryanlar (23 min nəfər), yakobitlər (12 min nəfər), pravoslavlar, protestantlardır. İudaistlər müəyyən bir dövrdə əhəmiyyətli sayda olsalar da, ötən əsrin 50-ci illərində İsrailə köçmüşlər və bu gün onların İraqdakı sayı yalnız 450 nəfərdir. Ölkədə bir sıra qədim din və sektaların da ardıcılları vardır: yezidilər (70 min nəfər, Mosul, Kərkük və Sincar rayonunda yaşayan kürdlərin bir hissəsi), mandeylər (14 min nəfər, Ən-Nəsiriyyə rayonunda məskunlaşmışlar).

Coğrafiya

thumb|right|İraq Coğrafiyası İran körfəzi ölkələri arasında İraq Səudiyyə Ərəbistanı və İrandan sonra 434,128 km² ilə ən böyük ərazisi olan ölkədir. Şimalda Türkiyə, qərbdə Suriya və İordaniya, şərqdə İran, cənubda Səudiyyə Ərəbistanı və Küveyt ilə həmsərhəddir. İraqın İran körfəzi ilə əlaqəsi dənizə olan qısa sahili vasitəsilədir: ölkə 924 km²-lik quru sularına malikdir. Beləliklə tipik bir quru dövləti olan İraqın, şimaldakı dağlıq ərazi xaricində hər tərəfdən təbii müdafiəsiz sərhədlərə malik olmasından əlavə dənizə çıxışı da qeyri-kafidir. İraqın qonşuları İran (1.458 km), Səudiyyə ərəbistanı (814 km), Suriya (605 km), Türkiyə (331 km), Küveyt (242 km) və İordaniya (181 km) ilə olan cəmi sərhəd uzunluğu 3631 km-dir.

İraq, Cənub-Qərbi Asiyada Dəclə və Fərat çaylarının orta və aşağı axınında yerləşmişdir. Əlverişli iqtisadi və siyasi-coğrafi mövqeyi olan ərazisindən beynəlxalq əhəmiyyətli quru və hava yolları keçir. İraq şimaldan cənuba təqribən 1000, qərbdən şərqə 700 km məsafədə uzanır. Quru sərhədlərinin uzunluğu 3300 km-dir. Ucqar cənub-şərqdə 50 km məsafədə İran körfəzinə çıxışı var.

Relyefinə görə İraq, əsasən düzən ölkədir. Ərazisinin çox hissəsini Cənub-Qərbi Asiyada ən böyük ovalıq sayılan Mesopotamiya ovalığı tutur. Ovalığın səthində çökəkliklər çox vaxt daşqın və yeraltı sularla dolur və müvəqqəti göllər əmələ gətirir. Cənuba doğru getdikcə ovalıq genişlənir və delta ilə qurtarır. Dəclə, Fərat çaylarının orta axarında yerləşən ərazinin səthi dərə-təpəlikdir. Qərbdə bu ərazi Suriya ərazisinə daxil olur. İran körfəzinə tədricən enən Mesopotamiya ovalığı Bağdaddan bir qədər şimalda Babilistan ovalığı ilə əvəz olunur. Ölkənin şimal və şimal-şərq hissəsi çətin keçilən dağlıq, qərb hissəsi isə səhra tipli relyefə malikdir. Fiziki-coğrafi xüsusiyyətlərinə görə İraqda dörd təbii rayon – Aşağı Mesopotamiya; Yuxarı Mesopotamiya; Şimali İraq dağlıq bölgəsi və Əl-Bədiyə adlanan səhra ayrılır. İraqın ən hündür yeri (3598 m) İranla həmsərhəd bölgələrdədir.

İqtisadiyyatı

XXI əsrin başlanğıcında İraq mədən sənayesi inkişaf etmiş, orta səviyyəli sənaye-aqrar ölkə idi. 2001-ci ildə ölkənin Daxili Məcmui Məhsulunun dəyəri 60–65 mlrd. ABŞ dollarına yaxın idi. O vaxt ölkənin milli valyutası olan bir dinar təqribən 3 ABŞ dollarına bərabər tutulurdu. 2001-ci ildən sonra ölkə iqtisadiyyatı güclü dəyişikliklərə məruz qaldı. Müharibələr, kamekadzelərin törətdikləri partlayışlar və terror aktları, ölkəyə qarşı yönəldilmiş iqtisadi sanksiyalar, başqa qadağalar, maliyyə vəsaitlərinin həbs edilməsi və xoşagəlməz başqa səbəblər iqtisadiyyata viranedici zərbə vurdu.

Hazırda İraq hökuməti iqtisadiyyatı bərpa etmək sahəsində aşağıdakı vəzifələri həyata keçirməyi planlaşdırır: əvvəllər fəaliyyətdə olmuş bütün müəssisələri ilk növbədə energetika və mədən sənaye müəssisələrini yenidən işə salmaq; ölkədə yaşayan xalqlar və dini icmaların həmrəyliyinə nail olmaq; insanlar üçün şəhər və kəndlərdə yeni iş yerləri yaratmaq; əhalini ərzaq, içməli su, dərman preparatları ilə təmin etmək; səhiyyə və maarif sistemlərinin işini bərpa etmək; ölkənin təhlükəsizlik qüvvəllərini yaratmaq; qonşuları ilə münasibəti mehriban məcrayə yönəltmək.

XIX əsrin sonlarına qədər zəngin neft ehtiyatı hesabına neft sənayesi ilə əlaqədar köməkçi təsərrüfat sahələri: yanacaq, elektroenergetika, neft-kimya, tikinti materialları istehsalı sənaye sahələri yaradılmışdır. Neftdən gələn böyük gəlirlər hesabına hərbi infrastruktur və ən yeni silahların və hərbi sursatların alınması işi geniş vüsət almışdı.

İqlim İraqda qışlar soyuq və quraq, yaylar isə isti və buludsuz keçir. Ərazisinin çox hissəsinin səhra olması bu tip iqlim şəraitinin ortaya çıxmasına səbəb olur. İran və Türkiyə sərhədi boyunca uzanan şimaldakı dağlıq bölgələrə, qışda tez-tez qar yağır. Bəzən mərkəzi və cənubi İraqda sel baş verir. Ölkədə digər təbii fəlakətlərlə yanaşı toz və qum fırtınalarına da tez-tez rast gəlinir. İraqın əksərən geniş düzlüklərdən ibarət olan ərazi quruluşu var. İran sərhədində geniş bataqlıqlar da mövcuddur.

Ölkənin iqlimi şimalda və mərkəzdə subtropik kontinental Aralıq dənizi tipli, cənubda tropikdir. Həm dağlıq rayonlarda, həm də Mesopotamiya ovalığında yay qızmar, quru, qış isə yumşaq və rütubətli keçir. İyul ayının orta temperaturu Mosulda (ölkənin şimalında) 38, Bağdadda (mərkəzdə) 34, Bəsrədə (cənubda) 33 dərəcədir. Yayda cənubda havanın hərarətinin 50 dərəcəyədək qalxmasını tez-tez müşahidə etmək olar. Yanvar ayının orta temperaturu Mosulda müsbət 5–7, Bağdadda 9–10 dərəcə olur. Şimaldakı dağlıq rayonlarda temperaturun 15 dərəcəyədək azalması hallarına da rast gəlmək olar. İraqda tez-tez quru şimal və şimal-qərb küləkləri əsir. Həmin külək ildə 50 gün davam etdiyinə görə "xəms"in (xəms ərəbcə 50 deməkdir) adlanan külək əsdiyi vaxt hər yer bozarır. Hava sarı rəngə çalır. Küləklə gələn qum adamı göz açmağa qoymur. Bu küləyi şimal ölkələrində qar yağan zaman baş verən çovğunla müqayisə etmək olar. Ölkə üzrə illik yağıntıların orta miqdarı 300 mm-ə yaxındır. Şimala, xüsusilə, dağlıq rayonlara yağıntı (500 mm), cənuba isə az (100 mm) düşür. Ən az yağıntı (60 mm) Mesopotamiyanın cənub şərqinə düşür. Yuxarı Mesopotamiyada dekabr ayında başlayan və tədricən ölkənin şərqini əhatə edən leysan yağışlar əksər hallarda güclü daşqınlarla nəticələnir.

Daxili sular İslam ölkələrinin əksəriyyətindən fərqli olaraq İraq daxili sularla zəngindir. Yaxın Şərqin ən böyük çayları olan Dəclə (uz. 1718) və Fəratın (2300 km) orta və aşağı axınları İraq ərazisindədir. Şimal-qərbdən cənub-şərq istiqamətində axan Dəclə və Fərat Əl-Qürnə şəhəri yaxınlığında birləşərək Şətt-ül-Ərəb (mənası Ərəb çayı) adı altında İran körfəzinə tökülür. Fərat axını boyu heç bir qol qəbul etmir. Dəcləyə isə mənbəyi Kürdüstan və Zaqros dağlarında yerləşən Böyük Zab, Kiçik Zab, Diala çayları tökülür və İraq ərazisində onun ən böyük qolları sayılır. Dəclə və Fərat qolları ilə birlikdə Mesopotamiya ovalığına 70 kub metr həcmində su gətirir.

Tez-tez baş verən daşqınlar Dəclə və Fəratın aşağı axınında bataqlaşmış sahələr əmələ gətirmişdir. Hidrotexniki qurğuların tikintisi çaylarda su sərfini xeyli nizama salmışdır. Misir üçün Nil, Pakistan üçün Hind çayının iqtisadi əhəmiyyəti nə qədər böyükdürsə, İraq üçün də Dəclə və Fərat bir o qədər əhəmiyyətlidir. Bu çaylar Mesopotamiya ovalığının məhsuldar torpaqlarını suvarmaqla yanaşı əhalinin içməli su ilə təmin olunmasında da böyük rol oynayır. Çayların nəqliyyat arteriyası kimi də əhəmiyyəti böyükdür. Şətt-ül-Ərəb çayında mövcud dərinlik (9 metr) dəniz gəmilərinin Bəsrə şəhərinə qədər qalxmasına imkan yaradır.

Tarix