Onikibarmaq bağırsaq () — nazik bağırsağın ön ya birinci hissəsini təşkil edir; şəkil və vəziyyət cəhətcən müxtəlif olub, uzunluğu adətən 25–30 santimetrdir. Onikibarmaq bağırsaq onurğanın bel nahiyəsində yerləşərək, başlanan və qurtaran uclarından başqa qarın boşluğunun arxa divarına hərəkətsiz bir surətdə bağlanmışdır. Nala bənzəyir, çıxıq tərəfi sağa baxır, basıq tərəfi isə soldan mədəaltı vəzin başını əhatə edir. Onikibarmaq bağırsaq özü bir neçə hissələrə bölünür: birinci hissə — onikinci döş fəqərəsi ilə birinci bel fəqərəsi arasında mədə çıxacağından başlayır. Onurğanın sağ tərəfi ilə arxaya və sağa doğru üfüqi istiqamətdə gedir və öd kisəsinin boynuna çatdıqda aşağı dönərək ikinci hissəyə — enən hissəyə — keçir. Burada əmələ gələn əyriliyə deyilir. Onikibarmaq bağırsağın yuxarı hissəsi digər hissələrdən hərəkətlidir və uzunluğu 4–5 sm-dir. Enən hissə yuxarı hissədən iki dəfə uzundur, şaquli istiqamətdə onurğanın sağ tərəfi ilə aşağı boş venanın ön səthi ilə aşağıya doğru gedir və dördüncü bel fəqərəsinə çatır; burada ikinci əyrilik — əmələ gətirdikdən sonra üçüncü və dördüncü hissə horizontal və qalxan hissə — adı ilə onurğanın ön səthi ilə sola və yuxarıya doğru gedir və ikinci bel fəqərəsinin bərabərində sol tərəfdə adlanan əyriliyi təşkil edərək acı bağırsağa keçir. əyriliyi öz vəziyyətində onikibarmaq bağırsağı asıcı əzələ — vasitəsilə saxlanılmışdır. Onikibarmaq bağırsağı asıcı əzələ saya əzələ liflərindən təşkil olunaraq, diafraqmanın bel hissəsinin içəri ayaqcıqlarından başlayır, mədəaltı vəzin arxası ilə aşağı enir və bağırsağın əzələ qişasına qarışır.

Sintopiyası Onikibarmaq bağırsaq yuxarı hissədə qaraciyərin kvadrat payının altında yerləşərək, öd kisəsinin boynuna, mədəaltı vəziyə və köndələn çənbər bağırsağa söykənir. sağ böyrək ilə mədəaltı vəziyə söykənir və önündə olan köndələn çənbər bağırsaq müsariqəsi ilə çarpazlaşır. Mədəaltı vəzin başı ilə bu hissənin arasında əmələ gələn şırımla ümumi öd axacağı — gedir və burada mədəaltı vəzi axacağı — ilə birləşərək onikibarmaq bağırsağın enən hissəsinə açılır. Üfüqi hissə arxa tərəfdən qarın aortası və aşağı boş vena ilə və ön tərəfdən yuxarı müsariqə arteriyasıvə venası ilə əhatə olunmuşdur. Onikibarmaq bağırsaq başlanan və qurtaran uclarında hər bir tərəfdən periton ilə əhatə olunmuşdur; yerdə qalan hissəsi ancaq ön tərəfdən seroz qişa ilə örtülür; beləliklə onikibarmaq bağırsaq peritondan xaric üzvlərdən hesab olunur.

Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie

Xarici keçidlər Endoskopieatlas zum Thema Duodenum

Kateqoriya:Anatomiya Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Həzm sistemi